Fəaliyyətinin 27-ci ilində hər zamankından daha güclü Rabitəbank!
(®️) Müstəqil Azərbaycanın ilk banklarından biri olan “Rabitəbank”ın fəaliyyətə başlamasının 27-ci ildönümü tamamlanıb. Ötən il ərzində innovativ dəyişiklikləri sayəsində Bank proqressiv və davamlı inkişafa nail olub, maliyyə sabitliyini təmin edib, maliyyə bazarında ən səmərəli banklardan birinə çevrilib.
27 il ərzində “Rabitəbank” daim müştərilərinə göstərdiyi xidmət keyfiyyətini artırmaq, yenilikçi addımları ilə onların rəğbətini qazanmağa və həyatlarını rahatlaşdırmağa çalışıb. Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” 2019-cu maliyyə ilini 15 milyon manat mənfəətlə başa vurub. Hal-hazırki dövrdə isə bankın aktivləri bir milyard manata, kredit portfeli isə 400 milyon manata yaxınlaşmaqdadır.
Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim nümunəvi olan “Rabitəbank” 27-ci fəaliyyət ili ərəfəsində rəqəmsal həllər vasitəsiylə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib:
- Rebrendinq edərək loqo və korporativ üslubu dəyişib;
- “Rahat bankçılıq” fəlsəfəsini öz işində əsas fəaliyyət prioritetinə çevirib;
- Müştərilərinə daha yaxın olmaq üçün “Rabitəbank Mobil” tətbiqini təqdim edib;
- Üstünlükləri ilə Azərbaycanda ilkə imza atan Kartmane məhsulunu təqdim edib;
- Azərbaycanda mesencer və teleqram platformalarından maliyyə əməliyyatlarını icra edən “RabitaBot” adlı ilk çatbot təqdim edib;
Rəqəmsal bankçılıq imkanlarını genişləndirməklə yanaşı fiziki imkanlarından da qənaət etməyərək filial və şöbələrin daha komfortlu və operativ həll məkanına çevrilməsi üçün investisiya yatırdı.
“Rabitəbank” bu yeniliklərinin ardınca 2020-ci ilə birinciliklərlə start verdi:
- “Business Time” jurnalı tərəfindən təşkil edilən “Azeri Business Award” Milli mükafatında Kartmane kartı “İlin bank məhsulu”;
- Visa tərəfindən keçirilən "Visa Global Challenge" beynəlxalq yarışında 17 komanda arasından 1-ci yer;
- Kiyev Beynəlxalq Reklam Festivalında (KIAF) "Ödənişlərinizi nağdsız edin" poster seriyası “Dizayn&Brendinq” və “Çap&Nəşriyyat” kateqoriyalarında iki qızıl mükafat.
“Rabitəbank” bu gün 800-ə yaxın əməkdaşı ilə 350 mindən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
6 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
12 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























