Bakıda “Glenfiddich” adlı qastronomik layihəyə start verilib
Təkmayalı Şotlandiya viski brendi olan “Glenfiddich” Bakıda silsilə qastronomik axşamlarına start verib.Layihənin konsepsiyası – “foodpairing”dən ibarətdir. Dünyanın ən titullu təkmayalı viskisi sayılan “Glenfiddich” müxtəlif ölkələrin milli mətbəxləri ilə dequstasiyada bir araya gəlir.
Layihə çərçivəsində “Mangal Steakhouse” restoranında ilk Azərbaycan mətbəxiaxşamı təşkil olunub ki, burada qonaqlara baş aşpazdan ənənəvi yeməklərtəklif edilib: basdırma, quzu əti, dondurma və paxlava. Qastronimik set 12, 15 və 18 illik “Glenfiddich” viskisinin müşayiətiə verilib.
Tədbirin xüsusi qonağı “Glenfiddich” viskisinin brend səfiri Aleksandr İvçenko olub. O, əsasıalkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulmuş və 1886-cı ildən etibarən Fidik çayının vadisində arpa mayalanması üsulu ilə hazırlanan "Glenfiddich" şotland viskisinin zəngin tarixindən danışıb. Aleksandr, həmçinin sözügedən viskinin yaşlanma prosesi, onun növ müxtəlifliyi və dad qammasına aid bilikləri ilə bölüşüb və bu içkinin yerli mətbəxlə uyğunlaşdırılmasına dair bir neçə məsləhət verib.
"Bu gün "Glenfiddich" arpa mayalanması vasitəsilə hazırlanan dünyanın ən titullu şotland viski brendidir. Bu, 126 il ərzində Şotlandiyanın alkoqollu içkilər istehsal edən sonuncu müstəqil müəssisələrinin birinə sahib ailənin peşəkarlığı və mükəmməlliyə can atması nəticəsində mümkün olub. Biz alkoqolun məsuliyyətlə istifadəsinin tərəfdarıyıq və məhz buna görə biz daha çox insanın köhnə spirtlər haqqında məlumatlı olmasını, ayırd edilməsini və istifadə edə bilməsini istəyirik ki, viski həmin köhnə spirtlər arasında artıq öz fəxri yerini tutur", - deyə Aleksandr İvçenko qeyd edib.
Tədbir çərçivəsində qonaqlar səfirlə söhbət edib, təkmayalı şotland viskisi olan “Glenfiddich” ilə Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə uyğunliğunu qiymətləndiriblər. Tədbir musiqi proqramı ilə müşayiət olunub – layihənin əsas ideyasını vurğulayan şotland tuluq zurnası ilə Azərbaycan nağarasının sintezi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)






