Yelo Bank nar istehsalçılarını və ixracatçılarını dəstəkləyəcək - MÜQAVİLƏ
Yelo Bank və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) arasında əməkdaşlıq haqqında Niyyət protokolu imzalanıb.
Protokola Yelo Bankın Biznes Bankçılıq İdarəsinin baş direktoru Elşən Pirmalıyev və ANİİA-nın sədri Fərhad Qaraşov imza atıblar.
Sənədə əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, treninqlərin keçirilməsi və ANİİA üzvü olan sahibkarlara güzəştli kreditlərin ayrılması sahəsində əməkdaşlıq edəcəklər.
Yelo Bankın Biznes Bankçılıq İdarəsinin baş direktoru Elşən Pirmalıyev bildirib:
"Yelo Bank real sektorun inkişafına dəstək verməyə davam edir. Bu baxımdan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və digər dövlət institutları ilə əməkdaşlığı xüsusi qeyd etmək olar. 2020-ci ilin əvvəlindən biz AKİA xətti ilə 100-dən çox fermerə 1 milyon manatdan artıq kredit ayırmışıq. Aqrar sektordakı potensialı nəzərə alaraq bu rəqəmin sürətlə artacağını gözləyirik. Ölkədə nar istehsalı və ixracı ildən-ilə artır və bu sahə daha çox sahibkarın diqqətini cəlb edir. Narçılıq sahəsində öz planlarını reallaşdırmaq istəyən fermerlər Yelo Bankın dəstəyindən yararlana bilər".
Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib: "Yelo Bank ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər ANİİA üzvlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaq. Son nəticədə isə bütün bunlar üzvlərimizin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcək”.
2008-ci ildən bankın majoritar səhmdarı "Topaz Investment Limited" MMC-dir, digər payçılar isə fiziki şəxs və "ISR Holding" şirkətlər qrupudur.
2016-cı ildən fəaliyyət başlayan ANİİA-nın 350-dən çox üzvü var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 44 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
7 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı

























