Azərbaycanda təmassız əməliyyatları dəstəkləyən ilk ATM-lər quraşdırıldı
(®️) Ölkəmizin ən geniş ATM şəbəkəsinə malik bankı olan Azərbaycan Beynəlxalq Bankı yeni nəsil ATM-lərin quraşdırılmasına başlayıb.
Bu qurğuların Azərbaycanın bank sektorundakı əsas yeniliyi NFC funksiyasına malik olmasıdır. Bu isə o deməkdir ki, müştəri təmassız ödəniş kartı, ödəniş üzüyü, mobil telefonu vasitəsilə də həmin ATM-lərdə əməliyyatlar edə bilər. Bu ödəniş vasitələrini ATM-ə sadəcə yaxınlaşdırmaqla müxtəlif əməliyyatları təmassız həyata keçirmək, o cümlədən balansdakı qalığı öyrənmək, hesaba mədaxil etmək və vəsaiti nağdlaşdırmaq da olar.
Ölkəmizdə ağıllı ödəniş cihazları, o cümlədən ödəniş üzükləri vasitəsilə ATM-lərdən istifadə indiyədək mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı ilk dəfə bu yeniliyi tətbiq etdikdən sonra artıq bu, mümkün olacaq.
Yeni ATM-lər vasitəsilə vəsaitləri cash-in qaydada kart hesabına keçirmək də mümkündür. Eyni anda 250 - 300 əskinası hesaba mədaxil etmək olur. Müştərilər manatla yanaşı, dollar və avro əskinaslarını da bu ATM-lər vasitəsilə müvafiq hesablarına cash-in qaydada daxil edə bilərlər.
Yeni ATM-lər Bakı və regionlardaki filiallarla yanaşı, müştərilərin sıx olduğu ərazilərdə və partnyor şəbəkələrində də quraşdırılacaq.
Azərbaycan Beynəlxalq Bankı 37 filialı və 39 şöbəsi ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
12 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
21 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub




























