“Aqropat” Rusiyaya ixraca başlayıb
“Aqropat” MMC tərəfindən Tərtərin Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da meyvə yığımı davam edir.
MMC-nin direktoru Elçin Maqsudov bildirib ki, xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək məqsədilə ilkin olaraq 128 hektarda yaradılan və sonradan sahəsi 250 hektara çatdırılan təsərrüfatda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib. Bağçılıq təsərrüfatının yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən də istifadə edilib. Burada almanın, armudun, gilasın, əriyin, gavalının, şaftalının müxtəlif sortları, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir.
Bağın salınmasında xaricdən dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb. Rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında şam ağacları əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollar çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtrlərə ötürülür, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada - elektron sistemlə, damlama üsulu ilə həyata keçirilir. Ənənəvi üsulla suvarmadan fərqli olaraq damlama üsulu ilə suvarma zamanı suya qənaət edilir, torpağın keyfiyyəti qorunur, məhsuldarlıq artır.
İntensiv bağçılıq təsərrüfatında işçilər üçün istirahət otaqları, yeməkxana, ofis binası inşa edilib. Bu il, həmçinin soyuducu anbarın tikintisi nəzərdə tutulub. Gələcəkdə bağın genişləndirilməsi davam etdiriləcək.
Ötən il ilk barını verən ağaclarda bu il bol məhsul yetişib. Artıq alça, ərik, yastı şaftalı və armudun yaylıq sortunun yığımı başa çatıb. Hazırda şaftalının nektarin sortunun yığımı həyata keçirilir. Hər hektarın məhsuldarlığı orta hesabla 15-20 tondur. Yığılan məhsul çeşidlənir, qablaşdırılır, soyuducu anbarda çəyirdəyi müəyyən olunmuş temperaturda soyudulur, sonra satışa çıxarılır. Təsərrüfatda istehsal edilən məhsul yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərilir. Avqust ayının 20-dən sonra armudun digər sortunun və badamın yığımına başlanılacaq.
İntensiv bağçılıq təsərrüfatında 70 nəfər daimi, 200 nəfərə yaxın sakin isə mövsümi işlərə cəlb olunub.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 saat sonra
-
-
7 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
10 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti


















.jpg)




