“İstehsal müəssisələrini, xidmət sahələrini təcili açmaq lazımdır”
“Neftin dünya bazar qiymətinin düşməsi, pandemiya iqtisadiyyata təsir edir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, hər yeri bağlayaraq, pandemiyaya görə dövlət büdcəsinə baxılması məsələsinin ciddi təhlilə ehtiyacı var: “Qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir. Burda çıxış edən millət vəkilləri sahibkara, insanlara kömək etməyi tələb edirlər. Amma proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti, Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməlidir. Bu məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.
Deputat qeyd edib ki, iqtisadi fəaliyyətlə bağlı ayrılan vəsaitdə nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC nəzərdə tutulub: “Bu gün bizim əsas problemimiz su ilə bağlıdır. Necə ola bilər ki, bu qurumlara vəsait ayrılmasın”.
Deputat bildirib ki, manatın taleyinə də aydınlıq gətirilməlidir: “İqtisadiyyatın böhran dövründə bu məsələ bizim üçün çox vacibdir. Dörd bank pandemiya dövründə bağlandı. Konstitusiya Məhkəməsi də hələ bununla bağlı qərar verməyib. İnsanlar əmanətlərini ala bilmirlər”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 28 d. əvvəl
-
44 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
21 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)







.jpg)










