Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzi də daxil olmaqla kənd və qəsəbələrdə əhalinin içməli su ilə təminatı çətinləşib.

Ölkə başçısı Prezident İlham Əliyevin göstərişinə əsasən, yeni magistral su xəttinin tikintisinə başlanılıb və cari ilin sonuna qədər başa çatdırılacağı gözlənilir. Hal-hazırda isə, rayonun içməli suya olan tələbatı maşınlarla daşınan su hesabına təmin olunur.

Reklam_3_11

Bununla bağlı, ölkənin aparıcı banklarından biri olan Bank Respublika alqışlanacaq təşəbbüsə imza atıb. Belə ki, Bank, Salyan şəhərindən Neftçalaya su maşınları vasitəsilə gündəlik içməli suyun daşınmasına start verib. Su maşınları hər gün Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək, sakinlərə içməli su təminatı istiqamətində dəstək olacaq.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının yanında Operativ Qərargahın dəstəyi ilə keçirilən aksiya mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, bu təşəbbüs ölkənin iri özəl təşkilatları arasında ilk olaraq Bank Respublika tərəfindən başladılıb. Digər özəl təşkilatların da aksiyaya qoşulacağına ümid edirik.

07.08.2020 16:47

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18