2018-də yaratdılar, 2020-də faydalanırlar
Krizis kommunikasiya planını 2 il əvvəl doğru şəkildə qurmağı bacaran Marcom Marketinq və Kommunikasiyalar şirkəti pandemiya dövründə bazardakı mövqeyini qoruyub saxlamağa nail olub.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə, 2018-2019-cu illərdə yaratdıqları xidmətlər hal-hazırda şirkətlərin ən çox axtardıqları xidmətdir.
“Bizim üçün bazarda alternativ xidmətlərin yaradılması məsələsi hər zaman aktual olub. Biz təkcə bazar iştirakçılarının bu günkü marketinq gedişlərini deyil, həmçinin onların gələcəkdə üzləşə biləcəyi riskləri də analiz etməyə çalışırıq. Bu bizə həmin vəziyyətlər üçün yeni xidmətlər formalaşdırmağa kömək edir. Təcrübə göstərdi ki, 2015-ci il və ondan sonrakı illərdə dünyada, o cümlədən ölkədə baş verən maliyyə böhranı zamanı şirkətlərin böyük əksəriyyəti ilk növbədə marketinq xərclərini ciddi şəkildə azaltmağa, o cümlədən həmin departamentdə çalışan əməkdaşlarını ixtisar etməyə başladılar. Bu da həmin şirkətlərin bazardakı mövqeyinə ciddi şəkildə təsir etdi. Özünü bərpa prosesi isə həm uzun vaxt, həm də böyük büdcə bahasına başa gəldi. Şirkətlərdə bu kimi proseslərin təkrarlanmaması üçün biz krizis kommunikasiya planı çərçivəsində outsors (outsource) marketinq, marketinq audit, kontent marketinq kimi xidmətləri formalaşdırdıq.
Ceyhun Fərzəliyev şirkətlərin öz daxilində marketinq departamenti saxlamaq dövrünün bitmiş olduğunu bildirib.
“Bu gün marketinq departamenti saxlamaq kiçik və orta şirkətlər üçün əlavə xərc, zaman itkisi və riskdir. Apardığımız araşdırmalar göstərir ki, bir çox şirkətlər öz marketinq sahəsi üzrə çalışan əməkdaşlarının fəaliyyətlərindən narazıdırlar. Bunun da öz obyektiv və subyektiv səbəbləri vardır. Biz bu məsələləri təhlil edərək 2018-ci ildə outsors marketinq xidmətini bazara təqdim etdik. Bu xidmət şirkətlərə öz marketinq xərclərinə qənaət etməyə və şirkət daxilində marketinqə aid əməkdaş saxlamamağa imkan yaradır. Bir çox hallarda şirkətlər kadr seçimində yanlışlığa yol verir və ya yüksək əmək haqqı tələbinə görə lazım olan əməkdaşı öz şirkətinə transfer edə bilmir. Bu isə şirkətin bu istiqamətdə yanlış yol getməsinə və ya geriləməsinə səbəb olur. Outsource marketinq xidməti bu və digər neqativ halların baş verməsinin qarşısını alır. Outsource marketinq xidmətinin işləmə mexanizmi olduqca sadədir. Tərəflərarası görüş təşkil olunur. Görüşdə şirkətdə görülmüş və görüləcək işlər müzakirə olunur. Daha sonra görülmüş işlər audit olunaraq ümumilikdə görüləcək işlərin həcmi müəyyənləşdirilir. Şirkət üçün görüləcək işlər əsasında yol xəritəsi, xidmətlərin növləri, işlərin icra planı və illik qiymət cədvəli formalaşdırılır. Müştəriyə təqdim etdiyimiz qiymətlər şirkətin cari vəziyyətindən, auditin nəticələrindən və görüləcək işlərin həcmindən asılı olaraq dəyişə bilir. Bu xidmət müştərinin işlərini həm kompleks, həm də operativ şəkildə görülməsi baxımından daha əlverişlidir".
Şirkətin icraçı direktoru bir çox şirkətlərin pandemiya dövründə öz marketinq əməkdaşlarının işinin audit etdirməsi məsələsinə də toxunub.
“Şirkətlərin maliyyə auditi etdirməsi kimi marketinq departamentinin işini də audit etdirməsi normal bir prosesdir. Pandemiya dövründə bir çox şirkətlər marketinq istiqamətində görülmüş işlərin effektivliyini, doğruluğunu yoxlamaq üçün marketinq audit xidmətinə müraciət edirlər. Bu xidmət bir çox hallarda bazarda eyni sektor üzrə fəaliyyət göstərən bəzi agentlik və fiziki şəxslərlə aramızda gərginliklər yaratsa da, biz onlara məqsədimizin hər zaman bazarı və sahibkarları qorumaq olduğunu açıqlamışıq.”
Ceyhun Fərzəliyev bir çox bazar iştirakçılarının rəqəmsal marketinq erasına tam keçid edə bilməməsinin əsas səbəbinin kontent olduğunu vurğulayıb.
“Marketinqin bütün dövrlərində kontent hər zaman önəmli olub. Azərbaycanda pandemiyadan əvvəl bir çox şirkətlər daha çox oflayn kommunikasiya vasitələrinə fokus olmuşdular. İndi isə bu prosesin tam əksi müşahidə olunmaqdadır. Biz bunu öncədən diqqətə alaraq kontent marketinq xidmətini formalaşdırdıq. Bir şirkətin rəqəmsal marketinq alətlərindən tam və effektiv şəkildə faydalanması üçün ona ilk növbədə kontent lazımdır. Təsəvvür edin ki, Siz hər hansı bir məhsul və ya xidmətlər satırsınız. Bunun üçün Siz ilk növbədə müştəri davranışlarına və google standartlarına uyğun veb sayt qurmalısınız. Saytı qurmaq üçün isə dizayndan əvvəl Sizə ilk növbədə faydalı kontent generasiya etmək lazımdır. Bu xidmət gələcəkdə sosial media, google reklamları, google SEO xidməti kimi marketinq alətlərindən istifadə zamanı büdcənizə qənaət etməyə kömək edəcək.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti Azərbaycan və Gürcüstanda fəaliyyət göstərir. Şirkət hər iki ölkə üzrə 31 marketinq xidmət təklif edir. Şirkəti həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) marketinq məsələləri üzrə konsultantıdır.
Müştərilərin xəbərləri
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
2 saat əvvəl
"Fitch Ratings" İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib
-
2 saat əvvəl
3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SONDA MƏNZİL VƏTƏNDAŞA QALIR - 237 təmirli mənzil kirayə mexanizmilə vətəndaşlara təqdim edilir
-
3 saat əvvəl
Tramp İranla atəşkəsin uzadılacağını gözləmir - “Bunu etmək istəmirəm”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Beynəlxalq reytinq agentliyi "PAŞA Bank"a “Ba2” reytinqi verib, proqnozu “müsbət” olaraq müəyyən edib
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Bonus-Malus” sistemi fərdi Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunur - İCBARİ AVTO-SIĞORTADA DƏYİŞİKLİKLƏR
"Şərq-Qərb"in gəlirləri və xalis mənfəəti azalıb
"Yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb, qatarların hərəkəti mümkün olmayıb"
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 70 min nəfərə yaxın azalıb - İRAN MÜHARİBƏSİ TURİST AXININA MƏNFİ TƏSİR EDİB
“European Tobacco-Baku” şirkəti ləğv olunur






.jpg)









.jpg)







