Rayonların İnvestisiya Reytinqi elan edildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilk dəfə olaraq Azərbaycan Respublikasının inzibati rayonların üzrə 2017-ci ilin İnvestisiya Reytinqini təqdim edib.
Reytinqin tərtib edilməsinin əsas məqsədləri iqtisadi rayonların xüsusi iqtisadi konyunkturunu və ümumi inkişaf səviyyəsini nəzərə alaraq, ixtisaslaşma sahələrinin müəyyən edilməsi, regionların iqtisadi fəaliyyət nəticələri və rəqabət qabiliyyətli sahələrinin müəyyən edilməsi və zaman sırası və sahələrarası təhlilinin aparılması, regionların rəqabət qabiliyyətinin artırılması, investisiyaların cəlb edilməsidir.
Reytinqin tərtib edilməsi zamanı qabaqcıl beynəlxalq təcrübə öyrənilib. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Dünya Rəqabətlilik İndeksinə oxşar yanaşma tətbiq edilib. Analoji yanaşma Avropa İttifaqının Regionların Rəqabətlilik İndeksinin tərtibi zamanı da istifadə olunub.
İnvestisiya reytinqi haqqında tədqiqatlar Respublikanın əsas şəhər və rayonlarında aparılib. Bu araşdırmalar ölkənin əsas 62 şəhər və rayonlarının regional investisiya reytinqlərinə təsir edən amilləri əhatə edib. Bu araşdırmaların başlıca səbəbləri ixtisaslaşmış sahələrin identifikasiyası, nəticələrin təhlili, rəqabət qabiliyyətliyinin artırılması və regionlara investisiyanın cəlb olunmasıdır.
İnvestisiya reytinqinə görə, ən yüksək hədd Bakı şəhəri üzrə müəyyən olunub – 0.785 faiz. Miqyas effektini nəzərə alaraq, paytaxtın I yerdə olması təbii haldır. 2017-ci il üzrə Rayonların İnvestisiya Reytinqinə görə, ilk onluqda Naxçıvan, Mingəçevir, Sumqayit, Şirvan, Gəncə və Naftalan şəhərləri yer alıb. Bundan başqa top-10-luqda Abşeron, İmişli və Culfa rayonları da qərarlaşıb.
Bir neçə regiondakı cüzi durğunluq və geriləmə nəzərə alınmasa, ölkənin bir çox sektorlarında müsbət dəyişikliklər müşahidə olunub və bu Azərbaycanın regionların gələcək inkişafı ilə bağlı müsbət proqnoz verməyə imkan verir. Bu da, öz növbəsində Azərbaycanın regionun lider dövləti olaraq, mövqeyini möhkəmləndirməyə yardım edəcək.
Rayonların İnvestisiya Reytinqi ilə tam şəkildə aşağıdakı linklər vasitəsi ilə tanış ola bilərsiniz: http://iqtisadiislahat.org/store//media/documents/diger/Rayonlarin_Investisiya_Reytinqi.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







