"PAŞA Bank"ın Gürcüstandakı törəməsi böyüyüb, gəlirləri artıb
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 16 milyon 662 min lari (9 milyon 164 min manat) zərərlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 4,75 dəfə çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 19 milyon 238 min lari (10 milyon 581 min manat, illik müqayisədə 34,8% çox), əməliyyat xərcləri 23 milyon 444 min lari (12 milyon 894 min manat, 45,4% çox), xüsusi ehtiyatlara ayırmaları 12 milyon 496 min lari (6 milyon 873 min manat, 7,55 dəfə çox), gözlənilməz gəlirləri isə 40 min lari (22 min manat, 1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 485 milyon 40 min lari (266 milyon 772 min manat) olub ki, bu da 1 il əvvələ nisbətən 17% çoxdur. Bunun 285 milyon 683 min larisi (157 milyon 126 min manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,1% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 29,55% artaraq 402 milyon 490 min lariyə (221 milyon 370 min manat), o cümlədən depozit portfeli 58,95% artaraq 241 milyon 266 min lariyə (132 milyon 696 min manat) çatıb, balans kapitalı isə 20,55% azalaraq 82 milyon 549 min lariyə (45 milyon 402 min manat) düşüb, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (56 milyon 65 min manat) qalıb.
1 lari = 0,55 manat
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
-
2 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
7 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
7 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb






















