"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
(®️) “Ziraat Bank Azərbaycan” müştəriləri artıq eManat terminalları vasitəsilə AZN valyutasında olan kartlarının və cari hesablarının balansını artıra bilərlər.
Əməliyyatı həyata keçirmək üçün "Bank xidmətləri" səhifəsinə keçid almaq və aşağıda göstərilən məlumatları müvafiq xanalara daxil etmək lazımdır.
-Fiziki şəxs hesabları üzrə əməliyyatlar aparmaq üçün:
Müştəri Kodu (Mono nömrəsi) və şəxsiyyət vəsiqəsinin FİN kodu
-Hüquqi şəxs və sahibkar hesabları üzərindən əməliyyatlar üçün:
Müştəri Kodu (Mono nömrəsi) və VÖEN
Məlumat üçün bildiririk ki, ödənişlər hesabda dərhal əks olunur və hər əməliyyatın minimal limiti 1.00(bir) manat, maksimal limiti isə 10.000.00 (on min) manat təşkil edir.
Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 8 d. əvvəl
-
2 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
7 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
7 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb



















