Azərbaycandakı şirkətlərin sayı açıqlandı - 2% artım
2017-ci il aprelin 1-nə Azərbaycanda 109,502 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, birinci rübdə 2,238 min hüquqi şəxs qeydiyyatdan keçib, 97 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2017-ci il aprelin 1-nə respublikada 10,067 min kənd təsərrüfatı (artım 0,9%), 6,195 min təkrar emal (artım 1,1%), 11,332 min tikinti müəssisəsi (artım 1%) fəaliyyət göstərir.
Bundan başqa, martın sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 28,477 min (artım 2,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,586 min (artım 1,3%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,393 min (artım 6,8%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 4,233 min (artım 4,4%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,747 min (artım 2,1%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,707 min hüquqi şəxs (artım 2,5 %) qeydiyyata alınıb.
2017-ci il aprelin 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 97,158 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 88,57%-i) özəl müəssisələrin, 6,391 min hüquqi şəxs xarici, 1,994 min hüquqi şəxs birgə müəssisələrin, 10,643 min hüquqi şəxs (9,7%) dövlət müəssisələrinin, 1,701 min hüquqi şəxs (1,6%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2017-ci il aprelin 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 756,318 min fiziki şəxs qeydiyyatdan keçib. 2017-ci ilin əvvəli ilə müqayisədə onların sayı 10,3% artıb.
Kənd təsərrüfatı sahəsində 231,964 min, emal sənayesi sahəsində 16,133 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 198,83 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,474 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 11,647 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,687 min, tikinti fəaliyyəti ilə 5,48 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 36,071 min, nəqliyyat və anbar təsərrüfatı ilə 77,774 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 10,1 min, digər xidmətlərlə 116,003 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 59,361 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 216,851 fiziki şəxs var.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























