Palata tariflərini açıqladı - BUGÜNDƏN QÜVVƏYƏ MİNİR
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları” 19 aprel 2017-ci il tarixindən etibarən qüvvəyə minir.
Qaydalar aparıcı ölkələrin maliyyə bazarlarına nəzarət orqanlarının təcrübəsindən istifadə edilməklə hazırlanıb.
Qaydalara əsasən MBNP-yə banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.
Nəzarət subyektləri tərəfindən ödənilən haqlar dövri ödənişlər və yığımlar formasında həyata keçirilir. Dövri ödənişlərhər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla müəyyən edilib və rüblük əsasda həyata keçiriləcək.
Qaydalara əsasən, banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanır. Banklar və BOKT-lərtərəfindən ödəniləcək haqlar bu nəzarət subyektlərinin cəmi aktivlərinə əsasən təsnifləşdirilib.Belə ki, cəmi aktivləri 1 milyard manatdan çox olan banklar MBNP-yə sabit olaraq – 800 min manat, cəmi aktivləri 500 milyon-1 milyard manat arası olan banklar – 500 min manat, cəmi aktivləri 500 milyon manatdan az olan banklar isə 300 min manat ödəyir.
Cəmi aktivləri 20 milyondan çox olan BOKT-lər sabit olaraq – 50 min manat, cəmi aktivləri 3-20 milyon arası olan BOKT-lər – 30 min manat, cəmi aktivləri 3 milyon manatdan az olan BOKT-lər isə MBNP-yə 15 min manat ödəyirlər.
Qaydalara əsasən, poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, klirinq təşkilatları, investisiya fondları, investisiya fondlarının idarəçiləri, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarının dövri ödənişləri üçün həmçinin sabit məbləğ müəyyən edilib.
Sığortaçılar və təkrarsığortaçılar üzrə dövri ödənişlər hər rübün sonuna daxil olmuş sığorta və təkrarsığorta haqlarının həcminə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.
Kredit bürolarının dövri ödənişləri cari ildə topladıqları haqlara əsasən hesablanmaqla, mərkəzi depozitarın dövri ödənişləri isə əvvəlki ilin xalis mənfəətinə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.
Qaydalarla təsdiqlənmiş yığımlar MBNP-nin əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi, həmçinin nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi ilə əlaqədar sərf olunan müddət nəzərə alınmaqla müəyyən edilib. Bütün nəzarət subyektlərində yerində yoxlamaların keçirilməsi zamanı 1 adam/saat üçün 30 manat müəyyənləşdirib.
Təsdiqlənmiş Qaydalara əsasən nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən haqların və yığımların məbləği aşağıdakı cədvəllərə uyğun müəyyənedilib:
Nəzarət subyektlərinin illik dövri ödəniş
CƏDVƏLİ
|
| AZN-lə ifadə edilmişdir | |
Nəzarət subyekti | Fərqləndirmə meyarı | Ödəniləcək məbləğ | Maksimum hədd |
Bank | Cəmi aktivləri 1 milyarddan çox | Sabit məbləğ 800.000 |
|
Cəmi aktivləri 500 milyon – 1 milyard arası | Sabit məbləğ 500.000 |
| |
Cəmi aktivləri 500 milyondan az | Sabit məbləğ 300.000 |
| |
Bank olmayan kredit təşkilatı | Cəmi aktivlər 20 milyondan çox | Sabit məbləğ 50.000 |
|
Cəmi aktivləri 3-20 milyon arası | Sabit məbləğ 30.000 |
| |
Cəmi aktivləri 3 milyondan az | Sabit məbləğ 15.000 |
| |
Poçt rabitəsinin milli operatoru |
| Sabit məbləğ 70.000 |
|
Sığortaçı (Qeyri-həyat) | Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda | 180.000 + (H[1] – 30 mln)×1% | Bir sığortaçı üzrə 700 000 |
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda | 40.000 + (H – 10 mln)×0.70% | ||
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda | H × 0.40% | ||
Sığortaçı (Həyat)
| Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda | 198.000 + (H – 30 mln)×1.1% | Bir sığortaçı üzrə 750 000 |
Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda | 44.000 + (H – 10 mln)×0.77% | ||
Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda | H × 0.44% | ||
Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda) | Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda | 180.000 + (H – 30 mln)×1% | Bir təkrarsığotaçı üzrə 700.000 |
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda | 40.000 + (H – 10 mln)×0.70% | ||
Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda | H × 0.40% | ||
Fond birjası |
| Sabit məbləğ 15.000 |
|
İnvestisiya şirkəti |
| Sabit məbləğ 10.000 |
|
Mərkəzi depozitar |
| İllik xalis mənfəətinin 30% | 250.000 |
Klirinq təşkilatı |
| 15.000 |
|
İnvestisiya fondu |
| 20.000 |
|
İnvestisiya fondunun idarəçisi |
| 10.000 |
|
Kredit bürosu |
| Toplanan xidmət haqqının 10%-i | 250.000 |
Lotereya təşkilatçısı |
| Sabit məbləğ 160.000 |
|
İdman mərc oyunları operatoru |
| Sabit məbləğ 475.000 |
|
YIĞIMLAR CƏDVƏLİ
AZN-lə ifadə edilmişdir
Fəaliyyət | Nəzarət subyektləri | Şərti vahid | Ödəniləcək məbləğ |
Yerində yoxlamaların keçirilməsi | Bütün nəzarət subyektləri | 1 adam/saat | 30 |
Attestasiya | bank inzibatçıları | 1 nəfər | 500 |
sığortaçıların rəhbər işçiləri | 1 nəfər | 300 | |
investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri | 1 nəfər | 500 | |
səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri | 1 nəfər | 500 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
2 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























