AZAL vətəndaşların pullarını niyə qaytarmır?
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) və onun törəmə strukturu “Buta Airways” şirkətinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv olunmuş reyslərinə bilet alanlar hələ də pulunu geri götürə bilməyib.
Aviaşirkət vətəndaşların pullarını qaytarmaqdan imtina edir, müştərilərə yalnız aviabiletlərin ödənişsiz qaydada yenidən təxsis edilməsini və yaxud aviabiletlərin dəyəri qədər vauçerlərlərin verilməsini təklif edir.
İnsanlar narazıdır
AZAL-ın geri ödənişdən imtina etməsi insanların narazılığına səbəb olub. Artıq bu narazılığı sosial şəbəkələrdə hiss etmək mümkündür. Məsələn, Rüstəm Rüstəmov adlı, soyadlı "Faceook" istifadəçisi yazır: “Martın 18-nə Bakı-Moskva aviareysi üçün 3 ədəd bilet almışdım və 28 min rubl (700 manat) pul ödəmişdim. Artıq 5 aydır ki, AZAL mənim pulumu geri qaytarmır. Buna nə ad vermək olar? Artıq 3-cü gündür ki, yazdığım ismarıcı da cavablandırmırlar. Zəng etdim, 34 dəqiqə ərzində zəngimə cavab verən olmadı. Belə çıxır ki, AZAL “Ölən dirilmir” prinsipi ilə işləyir”
Aviaşirkət dövlət dəstəyi alıb
Maraqlıdır ki, AZAL-dan fərqli olaraq əksər xarici aviaşirkətlər biletlərin pullarını geri qaytarıblar. Məsələn, Macarıstanın “WizzAir” şirkəti Azərbaycan vətəndaşlarına Bakıdan və Gürcüstanın Kutaisi şəhərindən uçuş üçün aldıqları biletlərə görə çoxdan geriyə ödəniş edib. AZAL isə oxşar addımı atmağa həvəsli görünmür. Baxmayaraq ki, aviaşirkət bir qədər əvvəl koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlətdən 86,9 milyon manat məbləğində dəstək alıb.
“Bu, istehlakçı hüququnun pozulmasıdır”
Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova AZAL-ın vətəndaşların pullarını qaytarmamasını istehlakçı hüququnun pozulması hesab edir: “Bu, istehlakçılarının hüquqlarının kobud şəkildə pozulmasıdır. Aviaşirkət vətəndaşlarının pullarını mütləq geri qaytarmalıdır. Çox təəssüf ki, Azərbaycanda beynəlxalq sənədləri ortaya qoyaraq AZAL-ı “yerində otuzduracaq” peşəlar hüquqşünaslar yoxdur. Bununla belə, insanları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və yaxud bizə ərizə ilə müraciət etməyə çağırıram”.
AZAL nə deyir?
Məsələ ilə bağlı AZAL-ın da mövqeyi öyrənilib. Aviaşirkətin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, pandemiya ilə bağlı aviaşirkətə göstərilmiş maliyyə yardımında aviabiletlərin dəyərinin geri qaytarılması üçün xərclər nəzərə alınmayıb: "Bununla belə, oktyabrın 25-nə qədər əldə edilmiş aviabiletlərin ödənişsiz yenidən təxsis edilməsi imkanı təqdim edirik. Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən 2 il ərzində istifadə etmək mümkündür. Vauçer AZAL-ın və “Buta Airways”in bütün istiqamətlərində etibarlıdır. Sərnişin bu şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)




.jpg)





