“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə daha bir təyinat olub
21 illik bank təcrübəsinə malik olan Ahmet Kudret İşler 24 iyul 2020-ci il tarixindən etibarən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü təyin edilmişdir.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Qeyd edək ki, Ahmet Kudret İşler 2015-2016 illər arasında “Ziraat Bank Azərbaycan” ASC-də “Kreditlərin Təhlili Departamenti”-nin Direktoru vəzifəsində, 2016-cı ildən isə “Kreditlərin Təhlili və Monitorinqi Qrupu”-nun Direktoru vəzifəsində çalışır.
Bundan əlavə, Ahmet Kudret İşler 2017-ci ildən “Azərbaycan Kredit Bürosu”-nun Müşahidə Şurasının üzvüdür.
Beləliklə də, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti aşağıdakı tərkibdə formalaşmışdır:
1. Avni Demirci – İdarə Heyətinin sədri
2. Ahmet Kudret İşler – İdarə Heyətinin üzvü
3. Vüqar Əlipaşayev – İdarə Heyətinin üzvü
4. Rövşən İbrahimov – İdarə Heyətinin üzvü
“Ziraat Bank Azərbaycan” ASC, “Azərbaycan Respublikası Mərkəzi Bankı” tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.
Bank üç səhmdardan ibarət olmaqla Açıq Səhmdar Cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























