Avro/dollar 2 il sonra ilk dəfə 1.20 səviyyəsini keçib
Avro dollar qarşısında, dolların ucuzlaşması ilə əlaqədar olaraq iki ildən çox müddətdir ilk dəfə 1.20 səviyyəsini keçib.
Marja xəbər verir ki, Avropanın ortaq pul vahidi 0.6% bahalaşaraq 1.2011 səviyyəsinə qədər çıxdıqdan sonra təkrar 1.1990 dollar ətrafına geri dönüb. ABŞ-ın pul vahidinin G-10 ölkələrinin valyutaları qarşısındakı dəyərini göstərən Bloomberg Dollar İndeksi iki ilin ən aşağı səviyyəsini görüb. Sərmayəçilər və spekulyatorlar məzənnədə rekord miqdarda yuxarı mövqe tutublar.
Avro, koronavirus pandemiyasının bazarları sarsıtdığı Mart ayının sonundan bu yana 10% bahalaşıb. Avropa Birliyinin virusa qarşı siyasət reaksiyası avroya dəstək olub, Fed-in faizi sıfır səviyyəsi yaxınlığına salması və bazara əlavə pul kütləsi buraxması isə dolları zəiflədib.
Fed, keçən həftə pul siyasətinə yanaşmasında dəyişikliyə getdi və bu dəyişiklik ehtimalla faizlərin uzun bir müddət daha aşağı qalmasını təmin edəcək və dollar üzərində aşağı təzyiq yaradacaq.
ABŞ-da pul təklifinin genişləməsilə bərabər büdcə və ticarət kəsirləri də dollar üçün mənfi faktorlardır.
Avro/Dollar məzənnəsinin 1.21 səviyyəsini aşması halında 1.25 səviyyəsinədək yüksələcəyi gözlənilir. Avro/dolların qiyməti 1.19 dolların altında qalarsa, 1.18 dollara kimi ucuzlaşa bilər.
Avro Bölgəsində iyulda 0,4% olan illik inflyasiya, avqustda sıfırdan aşağı düşüərək mənfi 0,2 olub (deflyasiya).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)





.jpg)







