Azərbaycandan çıxan valyuta daxil olanı 1 milyarda yaxın üstələdi - KƏSİR YARANIB
2020-ci ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyyə balansı açıqlanıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 6 ayı üzrə tədiyə balansının ümumi saldosunda 957,5 milyon dollar kəsir yaranıb. Ötən ilin eyni dövründə tədiyə balansında 3 milyard 635 milyon dollar profisit yaranmışdı.
"Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin 6 ayı üzrə tədiyə balansının1 əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598.2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956.4 milyon dollar kəsir yaranmış, ehtiyat aktivləri 957.5 milyon dollar azalmışdır. Bu dövrdə orta neft qiyməti 41.9 dollar/barel olmuş, qeyri-neft ixracı isə 6.1% azalmışdır“, - Mərkəzi Bankın məlumatında bildirilir.
Cari əməliyyatlar hesabı 2020-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5.1 dəfə azalaraq 598.2 milyon dollar təşkil etmişdir. Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nəzərən 1.9 dəfə (2.8 mlrd.dollar) azalaraq 3.3 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 12.1% (0.4 mlrd.dollar) azalaraq 2.7 mlrd. dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.
2020-ci ilin 1-ci rübündə Azərbaycanının tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranmışdı. Beləlikə, 2-ci rübdə kəsir azalıb.
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Kəsir - ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsidir.
Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramır və idxal yenidən artır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)
.jpg)











.jpg)

