Avro Fransa Prezident seçkisindən sonra 5 ayın zirvəsini gördü
Prezident seçkinin keçirildiyi Fransada, rəsmi olmayan nəticələrə görə, mərkəz sağ partiyası Yürüş Hərəkatının lideri Emmanuel Macron ilə ifrat millətçi Milli Cəbhə Partiyasının lideri Marina Le Pen ikinci tura qalacaq.
"Marja" xəbər verr ki, Avro, Macron ilə Le Penin gələn ay keçiriləcək ikinci tura qalacağı xəbərilə dollar qarşısında kəskin yüksəlib.
İlkin nəticədən sonra, Dollar qarşısında 2% bahalaşaraq 5 ayın zirvəsini görən Avro 1.0918 səviyyəsini test edib. İnvestorlar, Macronun ikinci tura qalmasını, rəqabətin Le Pen və Jean-Luc Melenchon arasında qala biləcəyi ssenari ilə müqayisədə müsbət qarşılayır. Aparılmış sorğuya görə, Yürüş Hərəkatının lideri Emmanuel Macron, ikinci turda seçicilərin 62%-nn səsini yığaraq növbəti Fransa prezidenti ola bilər.
Deutsche Bank AG-nin makro strateqi Sebastyan Galy, "Bu, bazarın ümidsiz halda axtardığı mükəmməl ssenari idi" şəklində bildirib.
Le Pen Prezident seçiləcəyi təqdirdə Fransanın Avropa Birliyindən çıxmasını gündəmə gətirəcəyini bəyan etmişdi. Bu da ortaq pul vahidi Avro üzərində təzyiq yaradırdı. Hətta Fransanın Birlikdən çıxmasının digər ölkələrindən çıxışına təkan verəcəyi və Avro sisteminin çökəcəyi barədə proqnozlar verilirdi.
Seçkinin ilk turunda Yürüş Hərəkatının lideri Emmanuel Macron səslərin 23,7%-ini alaraq seçkidən birinci çıxıb. Le Pen də 21,7%-lik səs nisbəti ilə ikinci olub. Mərkəz sağdakı Respublikaçılar Partiyasının namizədi Fransua Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon isə hər biri 19,5% səs yığıblar.
Heç bir namizəd, Prezident seçilmək üçün ilk turda lazım olan 50 faiz səs çoxluğunu yığa bilmədiyindən, ilk turda ilk iki yeri qazanan Macron və Le Pen, 7 Mayda keçiriləcək ikinci tur səsvermədə yarışacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)






