EBRD yeni prezidentini seçməyə hazırlaşır
Oktyabrın 7-8-də Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısı keçiriləcək.
COVID-19 pandemiyası səbəbindən bu dəfə tədbir onlayn baş tutacaq.
Məlumata görə, toplantı çərçivəsində oktyabrın 8-də EBRD-nin Direktorlar Şurası tərəfindən yeni prezidentin seçilməsi də gözlənilir.
Prezident seçkilərində iştirak etmək üçün namizədlərin müraciətlərinin qəbulu aprelin 13-dək davam edib. Seçiləcək yeni prezident Bankın 71 səhmdarını təmsil edəcək. Baş katiblik 3 nəfərin namizədliyini qeydə alıb.
Onlardan birincisi Polşa Maliyyə naziri Tadeusz Koscinskidir ki, onun namizədliyi Polşanın Mərkəzi Bankının rəhbəri və EBRD-də bu ölkənin təmsilçisi olan Adam Glapinski tərəfindən irəli sürülüb.
Fransanın İqtisadiyyat, Maliyyə və Bərpa naziri və Bankda rəsmi Parisin təmsilçisi olan Bruno Le Maire isə rəhbərlik etdiyi nazirliyin Xəzinədarlıq idarəsinin baş direktoru Odile Renaud Bassonun namizədliyini təqdim edib.
EBRD prezidenti olmaq istəyən 3-cü namizədin adını İtaliyanı EBRD-dəki əsas təmsilçisi olan bu ölkənin İqtisadiyyat və Maliyyə naziri Roberto Gualtieri təqdim edib. O, bu postda sələfi və hazırda deputat olan Pier Carlo Padoanu görmək istəyib. Amma oktyabrın 5-də P.C.Padoan namizədliyini geri götürüb.
Qaydalara görə, seçkilər qapalı keçiriləcək və qalib namizəd minimum 36 təmsilçinin səsini qazanmalıdır.
Qeyd edək ki, EBRD-nin sonuncu prezidenti Suma Çakrabarti iyulun 2-də prezidentliyini bitirib. Hazırda bu vəzifəni müvəqqəti olaraq birinci vitse-prezident Jürgen Rigterink idarə edir.
EBRD Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişaf etdirilməsi səylərinə dəstək göstərən aparıcı institusional investorlardan biridir. İndiyədək EBRD Azərbaycanda 170-ə yaxın layihəyə 3,3 mlrd avrodan artıq investisiya qoyuluşu edib. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq firmanın öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım edib.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)




.jpg)





