Bank BTB maliyyə vəziyyətini açıqladı – GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Bank BTB 2020-ci ilin 9 ayını 442 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 999 min manat xalis mənfəətlə bağlamışdı. Qeyd edək ki, ötən ilin 9 ayında xalis mənfəətin böyük hissəsi ehtiyatdan azadolmadan qaynaqlanmışdı. 2020-ci ilin 9 ayında Bankın biznes fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə Bank BTB-nin cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 939 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 21 milyon 538 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 401 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 959 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Beləliklə, Bank cari ilin 9 ayını 442 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Bank BTB-nin cəmi gəlirləri 20 milyon 633 min manat, cəmi xərcləri isə 19 milyon 295 min manat, əməliyyat mənfəəti isə 1 milyon 338 min manat təşkil etmişdi. Eyni zamanda, ehtiyatdan 2 milyon 663 min manatın azad olması hesabına mənfəət 3 milyon 999 min manata yüksəlmişdi.
Bank BTB-nin faiz gəlirləri ötən ilin 9 ayındakı 16 milyon 25 min manatdan cari ilin 9 ayında 19 milyon 735 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manatdan 3 milyon 204 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















