Sahibkarlar Fond zəmanətilə 145 milyon manatadək kredit əldə edib
İpoteka və Kredit Zəmanət Fondu (Fond) əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirir.
Fonddan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 2020-ci il ərzində Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Mexanizm çərçivəsində cari il ərzində sahibkarlara Fondun zəmanəti ilə 75 mln. manatdan çox kredit ayrılması ilə bağlı qərar qəbul edilib. Ümumilikdə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 145 mln. manatadək kredit əldə edib. Həmin kreditlər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 19 mln. manatadək nəzərdə tutulub.
Zəmanət verilmiş kreditlərin orta müddəti 29 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6% təşkil edib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2400-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Həmin müəssisələrdə çalışan işçilərin faktiki sayı 17 mindən çoxdur. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Qeyd edək ki, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması artıq yekunlaşıb və elektron sistem tam istifadəyə verilib. Elektron sistem bütün prosesin tam avtomatlaşmasına, tələb olunan sənədlərin elektron qaydada real vaxt rejimində əldə olunmasına və qısa vaxt ərzində (5 iş günü) müraciətə baxılaraq qərar qəbul olunmasına imkan verir. Nəticədə, avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























