Azərbaycanın iri bankı 60,5 milyon manat xalis mənfəət açıqladı
PAŞA Bankın gəlirləri artıbPAŞA Bank ASC 2020-ci ilin 9 ayını 60 milyon 532 min manat xalis mənfəət ilə başa vurub.
Marja Banka istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə PAŞA Bankın cəmi əməliyyat gəlirləri 225 milyon 975 min manat, cəmi əməliyyat xərcləri 135 milyon 258 min manat təşkil edib. Gəlirlər xərccləri üstələdiyindən Bankın 90 milyon 717 min manat əməliyyat mənfəəti yaranıb. PAŞA Bank əməliyyat mənfəətindən 9 milyon 216 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 20 milyon 969 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank 9 ayı 60 milyon 532 min manat xalis mənfəət ilə bağlayıb.
Qeyd edək ki, 2019-cu ilin 9 ayında “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri198 milyon 164 min manat, cəmi əməliyyat xərcləri 107 milyon 48 min manat, əməliyyat mənfəəti 88 milyon 816 min manat, xalis mənfəəti isə 64 milyon 596 min manat təşkil etmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB
PAŞA Bank 2020-ci ilin 9 ayı əraində müştərilərə verilmiş kreditləri 246 milyon 231 min manat artırıb. 2019-cu ildə müştərilərə verilmiş cəmi kreditlər 1 milyard 799 milyon 33 min manat ikən 30 sentyabr 2020-ci il tarixində 2 milyard 45 milyon 264 min manat təşkil edib.
30 Sentyabr 2020-ci il tarixində PAŞA Bank 4 milyard 868 milyon 963 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda Bankın cəmi aktivləri 4 milyard 291 milyon 682 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























