"74 min nəfərdən 23 min nəfərə ödəniş edilib"
Azərbaycanda ləğv olunan 4 bankın ("AGBank", "NBCBank", "Amrahbank" və "Atabank") əmanətçilərinə kompensasiya ödənişləri bu ilin sonunadək tamamlanacaq.
Bunu Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, həmin məbləğdən bu günə təxminən 544 mln. manatı ödənilib, qalan 132 mln. manatının da ödənilməsinin qısa zamanda tamamlanacağı planlaşdırılır.
"Bununla bağlı bütün maliyyə problemləri həll olunub. Fondun özünün vəsaiti, həmçinin Mərkəzi Bankdan cəlb olunan kreditlər hesabına bu məbləğ çox qısa zamanda kompensasiya olunacaq və vətəndaşlar sığortalanmış vəsaitlərini geri alacaq. Bu günə 23 231 nəfərə ödəniş edilib. Kompensasiya alacaq şəxslərin ümumi sayı isə 74 min. nəfərdir", - deyə T. Piriyev qeyd edib.
ADIF-in rəsmisi əlavə edib ki, bununla yanaşı, Fond həmçinin, ləğv edici funksiyanı da yerinə yetirir. Belə ki, bağlanan 4 bankda kreditlərin yığımı prosesi aparılır: "Bankların müflis olmasını nəzərə alaraq, işçilərin kütləvi ixtisara yol verilməməsi üçün əlimizdən gələni etdik. İşçilərin digər yerlərə yerləşdirilməsinə, başqa yerdə iş tapmasında da Fond olaraq əlimizdən gələn köməkliyi edirik".
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 54 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























