"Günay Bank" döyüş iştirakçısına məxsus avtomobilin cərimə meydançasına qoyulmasını araşdırıb - AÇIQLAMA
"Günay Bank" döyüş iştirakçısına məxsus avtomobilin cərimə meydançasına qoyulması məsələsi ilə bağlı açıqlama yayıb.
Bankdan Marja-ya daxil olmuş açıqlamada bildirilir:
Son dövrdə sosial səhifələrdə hazırda Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Həsənov Mətləb Əli oğluna kredit müqaviləsi əsasında məxsus olan avtomobilin "Günay Bank" ASC tərəfindən cərimə meydançasına qoyulduğu barədə dezinformasiyaya rəsmi olaraq cavab bildiririk ki, bank ilə qeyd olunan vətəndaş arasında hər hansı kredit müqaviləsi bağlanmadığından bu mümkün deyildir.
Banka dair əsassız iddiaların, ünvanlanan nalayiq ifadələrin və belə bir həssas dövrdə "Günay Bank" ASC ilə bağlı mənfi ictimai rəyin yaranmasının qarşısının alınması məqsədilə ilə məsələni özümüz araşdırmalı olduq.
Məlum oldu ki, Həsənov Mətləb Əli oğlu Günay Bank ASC-nin deyil bankın korporativ müştərisi olan "Günay Finance" şirkətinin müştərisidir.
Məlum olmuşdur ki, Həsənov Mətləb Əli oğlunun kredit borcları iyul, avqust və sentyabr ayları ərzində ödənilmədiyindən avtomobil 25 sentyabr 2020-ci il tarixində şirkət əməkdaşları tərəfindən deyil, Azərbaycan Respublikası Dövlət Yol Polisi işçiləri tərəfindən cərimə meydançasına qoyulmuşdur.
Son olaraq qeyd edirik ki, heç bir sübutu olmayan bu məsələnin, hər zaman Ordumuzun, o cümlədən onun hər bir əsgərinin yanında olan "Günay Bank"ASC-yə zərrə qədər də aidiyyəti yoxdur.
Marja olaraq biz də bilirik ki," Günay Bank" ASC avtokredit xidmətini həyata keçirmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























