Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
2020-ci ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23.6 milyon dollar azalıb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 30 Sentyabr 2020-ci il tarixində valyuta ehtiyatları 6 milyard 491.4 milyon dollar ikən, 30 Oktybar 2020-ci il tarixində 6 milyard 467.8 milyon dollar təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə isə Mərkəzi Bankın valyuta ehtiyatları 209.8 milyon dollar artıb.
Valyuta ehtiyatları, milyon ABŞ Dolları ilə
30.10.2020 6467.8
30.09.2020 6491.4
31.08.2020 6483.9
30.07.2020 6468.7
30.06.2020 6436.3
31.05.2020 6414.4
30.04.2020 6401.7
31.03.2020 6393.8
28.02.2020 6400.9
31.01.2020 6340.8
30.12.2019 6258.0
Oktybarın 31-də Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, 2020-ci ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 3% və ya təxminən 200 milyon ABŞ dolları artıb.
"Valyuta ehtiyatlarımızdakı bu artım bir daha sübüt edir ki, valyuta bazarında tarazlıq Mərkəzi Bankın müdaxiləsi hesabına baş vermir. Əksinə, bazarda olan bir sıra təklifi biz özümüz almışıq, banklara likvidlik vermişik. 200 milyon dolların 80 milyon dolları Mərkəzi Bankın özünün ehtiyatlarının idarə olunmasından əldə edilən gəlirdir.
2020-ci ilin sonunadək biz valyuta bazarında hər hansı bir dəyişiklik olacağını gözləmirik. Əgər bazarda əlavə bir ehtiyac çıxarsa, son 2 ayda, biz bu valyutanı (alınmış vəsaiti - red) bazara qaytarmağa hazırıq. Bizim ilin sonuna proqnozumuz Mərkəzi Bankın valyuta ehtiyatlarının stabil qalmasıdır və ya bir qədər də artmasıdır. Biz azalacağını gözləmirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)




