Bu gün Fed faiz qərarını açıqlayacaq
ABŞ-da keçirilən prezident seçksinin nəticələrinə dair qeyri-müəyyənlik özünü dünya birjalarında da göstərir. Belə ki, dolların aparıcı valyutalara nisbətən qiymətlərində trend müşahidə edilmir, cari həftənin maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadır. Eyni sözləri qızılın qiymətləri üçün də demək mümkündür.
Respublikaçılar çərşənbə günü lider olduqları ştatlarındakı seçki səslərinin potensialına görə öndə olmaqla dollar ucuzlaşırdısa, son saatlar ərzində Viskonsın və Miçiqanda Demokrtaların qalib gəlməsi ilə dolların ucuzlaşması dinamikası zəifləyib və bahalaşması ehtimalları artıb. İnvestorlar son proseslərdə dollara güvənli liman maliyyə aləti kimi baxırlar. Co Baydenin qalib olması, Donald Trampın seçki nəticələrini inkar etməsi və ölkədə siyasi xaosun artması ehtimallarını artırır. Bununla yanaşı, dollar indeksinin dalğalandığı cari səviyyələrin də Baydenin qalib olması ehtimallarının nəzərə alındığı səviyyələr olması da diqqət mərkəzində saxlanılmalıdır.
Seçkidə qalib ola biləcək namizədlərin son nəticələrinə əsasən, demokrat Co Bayden tərəfinə çəkə bildiyi 264 seçki nümayəndərilə liderdir və investorlar Nevada ştatında səslərin sayılıb son nəticənin açıqlanmasını gözləyirlər. Nevada ştatında da hazırda lider olan Demokratlar, burada əldə edəcəkləri yekun müsbət nəticə ilə əlavə 6 nümayəndə qazanmış olacaqlar ki, bununla da Bayden 270 səslə prezident seçkisinin qalibi olur. ABŞ seçki sistemində nümayəndə sayı daha həlledicidir. 270 nümayəndə tərəfdarı toplayan namizəd, ABŞ-ın 59-cu prezidenti olacaqdır. ABŞ-da seçki sistemi 538 nümayəndə ilə təmsil edilir.
Lakin bu nəticə özü ilə bərabər Respublikaçıların mübarizəni digər hüquqi sferada davam etdirəcəkləri ehtimallarını da artırır. Donald Tramp artıq bir neçə dəfə seçki səslərinin sayılması ilə razılaşmadığını və Ali Məhkəməyə müraciət edəcəklərini bildirib. Bu isə Amerikada növbəti prezidenti seçilməsi prosesini qeyri-müəyyən dövrə kimi uzada bilər.
Foreks bazarlarında EURUSD məzənnəsi çərşənbə günü 1.1745$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və Amerika və Asiya sessiyalarında yenidən bahalaşsa da son səviyyənin altında ticarət edilməkdədir. Təhlillərə əsasən, 1.18$ müqaviməti qırılmasa, 1.16$-a kimi ucuzlaşma ehtimalları da güclənəcəkdir.
GBPUSD məzənnəsi də təzyiq altındadır. Burada dolların təsiri ilə yanaşı, Breksit danışıqları fonunda mənfi xəbərlərlərin yayılması da burada önəmli rol oynayır. Beləliklə, 1.30$-ın altında qalan funt sterlinq, 1.2934$-ın qırılması ilə 1.28$-a kimi də ucuzlaşa bilər.
Əmtəə birjalarında qızıl və neft qiymətləri də dəyər qazanmaqdadır. Amerikanın neft ehtiyatları ilə bağlı açıqlanan son fundamental göstəricilərdə son bir həftə ərzində neftə olan tələbin artması qənaəti, Brent neftinin bir barel qiymətinin son günlər 41$-a kimi bahalaşmasını əsaslandırmış olur. Lakin dollarda bahalaşma müşahidə edilərsə, bahalaşma dinamikası yenidən zəifləyə, hətta 39$-a kimi korreksiya müşahidə edilə bilər.
Qızılın qiyməti də yenidən qlobal siyasi və iqtisadi risklərin artması ilə dəyər qazanmaqdadır. Hazırda 1910$-ın üzərində təklif edilən bir unsiya üzrə qiymət, 1913$-ın qırılması ilə 1931$-a kimi dəyər qazana bilər.
Bütün bunlarla yanaşı, treyderlər bu gün Bakı vaxtı ilə saat 16:00-da İngiltərədən və 23:00-da ABŞ-dan mərkəzi bank faiz qərarlarının açıqlanmasını da diqqət mərkəzində saxlayırlar. Saat 12:30 və 13:30-da müvafiq olaraq Almaniya və İngiltərədən tikinti sektoru və 16:30-da Amerikanın əmək bazarı göstəriciləri də bugündə vacib yer tutacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 2 d. əvvəl
-
5 d. əvvəl
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
- 35 d. əvvəl
- 44 d. əvvəl
-
51 d. əvvəl
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
-
53 d. əvvəl
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
-
1 saat əvvəl
İxtira müəlliflərinə patentdən əldə edilən gəlirin yarısı çatacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Turizm şirkəti reklamda qiymətləri Azərbaycan manatı ilə göstərmədiyi üçün cərimələnib
Quşçuluq şirkətinin adı dəyişdirilir, fəaliyyətinin bərpası məqsədilə investisiyalar cəlb edilir
Ən çox oxunanlar
Kənar terminal və vebsaytlar ilə "Yelo Bank" kartı hesablarına mədaxil əməliyyatlarına 1% komissiya tətbiq olunacaq
Google-ın Wiz-i 32 milyard dollara satın almasına icazə verildi
“Hadisələrin xəritəsi” adlı yeni layihə üzərində iş aparırıq"
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək
"Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik"
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
























