AKİA xətti ilə verilən aqrar kredit və güzəştlər açıqlandı
2020 ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə kənd təsərrüfatına ayrılan kredit və güzəştlərdən 5623 fermer və sahibkar faydalanıb.
Cari ildə AKİA kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manatdan artıq kredit ayırıb. Bu vəsaitin 32 milyon manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33.4 milyon manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlərdir.
Ayrılan kredit vəsaitinin 20.6 milyon manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2200 nəfərdən artıq fermer faydalanıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.
Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75.7 milyon manatdan artıq subsidiya verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























