Azərbaycan bankının kredit məhsulu ilk beynəlxalq mükafatını aldı
Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bankın kiçik və orta biznes sahibləri üçün cəmi altı ay öncə istifadəyə verdiyi “Onlayn biznes krediti” məhsulu artıq ilk beynəlxalq mükafatını alıb.
Belə ki, 20 noyabr 2020-ci il tarixində “SME Banking Club” tərəfindən onlayn formatda keçirilən Ekspertlər Şurası iclasında region üzrə kiçik və orta bizneslərə dövriyyə vəsaitini artırmağa kömək edən üç ən yaxşı kredit məhsulu seçilib.
"Tinkoff Bank", "Sberbank", "OTP Bank Ukraine" kimi nəhəng bankların da iştirakı ilə keçirilən Ekspert Şurasında PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu finalçı bankların nümayəndələrinin səsverməsi ilə müəyyən edilmiş 3 qalıb arasında yer almışdır.
Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Belarus daxil olmaqla 11 ölkəni təmsil edən bank nümayəndələri iştirak etmişdir. Finalçılar 200-dən çox bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi dövriyyə vəsaitini artırmağa kömək edən məhsulların “SME Banking Club”-ın analitikləri tərəfindən hazırlanmış tədqiqatların nəticəsində müəyyən edilmişdir.
PAŞA Bank, kiçik və orta sahibkarlar üçün “Onlayn biznes krediti” məhsulunu müştərilərinə 2020-ci ilin may ayından təklif edir. Prosesin maksimum avtomatlaşdırılması sayəsində müştərilər 250.000 AZN-dək biznes kreditlərini tamamilə onlayn şəkildə banka gəlmədən və növbə gözləmədən əldə edə bilərlər. Kredit üzrə müraciələr 24/7 rejimində qəbul olunur, qərar isə bütün sənəd və məlumatlar təqdim edildikdən sonra müştəriyə cəmi 2 iş günü ərzində bildirilir.
Əlavə olaraq qeyd olunmalıdır ki, 30 noyabr 2020-ci il tarixinədək keçirilən “Endirimlər həftəsi” çərçivəsində “Onlayn biznes krediti” məhsulunu 16.5% illik faiz dərəcəsi və komissiyaya 25% endirim ilə əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















