Avronun qiyməti 1.21 dolları da keçə bilər
Çərşənbə axşamı FED sədri Ceremi Povelin çıxışı, eyni zamanda ABŞ-da sənaye aktivliyi indeksi ilə bağlı açıqlanan mənfi göstəricilərin təsiri ilə dollar dünya birjalarında ucuzlaşmaqda davam edir.
AVRO 1.20 HƏDLƏRİNİ QIRDI
Dekabr ayına da artımlarla başlayan EUR/USD cütlüyü 1.2000 həddini qırdı. Təhlillərə əsasən, 1.2062 səviyyəsi qıırılarsa, ondan sonra kəsilə biləcək növbəti hədəflər 1.2138 və 1.2200 hədləri ola bilər.
FUNTDA ARTIMLAR SÜRƏTLƏNİR
Ötən həftə 1.3330 və 1.3390 dəhlizində dalğalanan GBP/USD cütlüyü Breksit ticarət sazişinin bu həftə imzalana biləcəyi ehtimalları fonunda 1.3400 həddini qırdı. Məzənnə1.3442 səviyyəsi üzərində möhkəmlənə bilərsə, artımlar 1.3546 və 1.3617 səviyyələrinə qədər davam edə bilər.
QIZILDA ARTIMLAR BAŞLADI
Çərşənbə axşamı qızıl dəstək görərək, bahalaşmağa başlayıb. 1818$ hədlərinə qədər bahalaşan qiymətli metal bu həddi qıra bilsə, artımlar 1835$ və 1855$ hədlərinə kimi davam edə bilər.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 19:00-da FED sədri Ceremi Povelin çıxışı gözlənilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
7 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
7 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
7 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
























