Prezidentdən problemli borcların əvəzində əldə edilən əmlaklar ilə bağlı Fərman
Problemli borcların əvəzində əldə edilən əmlaklar yalnız “Azərbaycan Sənaye Korporasiyası” verilməyəcək
“Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı”ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi əmlak “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC ilə bərabər dövlət orqanlarının və habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə də veriləcək.
Marja xəbər verir ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Fərman ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda dəyişiklik edilib.
Fərmanın 7.5-ci bəndinə edilən dəyişikliyə görə, Nazirlər Kabinetinə, “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsini təmin etmək tapşırılıb.
Bundan öncə əmlaklar yalnız “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilirdi.
Fərmanın 11.1-ci bəndinə edələn dəyişikliyə görə, “Aqrarkredit” QSC, mülkiyyətindəki (balansındakı) əmlakın Fərmanın 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görməlidir.
11.2-ci bəndə edilən dəyişikliyə görə, “Aqrarkredit” QSC, Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına), istifadəsinə verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























