Neftin qiyməti 50 dollara yaxınlaşdı
Neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə doğru irəliləyirİlk öncə xatırladaq ki, 2020-ci ilin 9 aprel tarixində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin ( birlikdə OPEC+) nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilmişdi. Qərara əsasən “OPEC plus” ölkələri üzrə gündəlik neft istehsalı ilə bağlı kvotalar 2020-ci ilin may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel həcmində qərarlaşdırılmışdır.
“OPEC plus” 2021-ci ilin yanvarından gündəlik neft hasilatının azaldılmasının 7,7 milyon barrel səviyyəsində davam etdirilib etdirilməməsini müzakirə edirdi.
Dünən Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barrel azaldılması və “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 500 min (0,5 milyon) barreldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib.
Əgər bu qərar olmasaydı istehsal 1,9 milyon barel artacaqdı və istehsalın azaldılması 5,8 milyon barrel həcmində davam edəcəkdi. Bu da neftə tələbin bərpa olunmadığı şəraitdə təklifin artmasına və qiymətlərin daha da düşməsinə səbəb ola bilərdi.
İstehsalın 500 min barel azaldılması plandakı rəqəmin (1,9 milyon barel) təxminən dörddə biri nisbətindədir. Hasilatın daha az artırılacağı qərarı qiymətlərin yüksəlməsinə səbəb olub. Brent neftinin qiyməti 50 dollara yaxınlaşıb. Bakı vaxtı ilə saat 06:50-də Brent nefti 2,6% bahalaşma ilə 49,5 dollardan ticarət olunub. ABŞ xam nefti isə 2,4% bahalaşaraq 46.37 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























