"OPEC+"un qərarı neft bazarında balansı pozmayacaq"
"OPEC+"un gələn ilin yanvar ayından etibarən gündəlik neft hasilatının artırılması qərarı gözlənilən COVID-19-a qarşı peyvəndlər nəticəsində bazarda artan tələbatla tarazlaşdırılacaq.
Bu qənaətə "Goldman Sachs" investisiya bankının mütəxəssisləri gəlib.
“"OPEC+" mövcud hasilat kəsirlərindən koordinasiyalı şəkildə çıxmağın əngəllərini tənzimləyir və təşkilatın həm artan hasilata, həm də ehtiyatların artırılmasına yönələn qərarları, 2021-ci ildə neft qiymətlərinin sabit və davamlı olacağını inamımızı gücləndirir”, - deyə bankın açıqlamasında deyilir
Bundan əlavə, bank özünün 12 aylıq "Brent" markalı neftinin qiyməti üzrə proqnozunu 65 ABŞ dolları səviyyəsində saxlayıb.
Qeyd edək ki, "OPEC+" ölkələri 2021-ci ilin yanvar ayından başlayaraq gündəlik neft hasilatının 500 min bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edib. Beləliklə, hasilat kəsiri 7,7 mln. bareldən 7,2 mln. barelədək yumşaldılıb.
"OPEC+" üzrə xam neft hasilatının yanvar ayında 500 min barel artırılması qərarını Azərbaycan da dəstəkləyib. Beləliklə, "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























