Çindən 30 ilin ən yüksək xarici profisiti
Çinin dollarda ifadə olunmuş ixracı Noyabrda ötən ilin eyni ayı ilə müqayisədə 21,1% artım qeyd edib. İqtisadçılar ölkənin Noyabrda ixracının 12% artırmasını gözləyirdilər. Ölkə Noyabrda 75,4 milyard dollarlıq xarici ticarət profisiti (artıqlığı) ilə 1990-cı ildən bu yana aparılan statistikada ən yüksək rəqəmə çatıb. Çinin Noyabr ayına dair xarici ticarət məlumatları qlobal tələbdəki toparlanma (yığışma) trendinin davam etdiyinə işarədir.Çin Gömrük Komitəsinin açıqladığı məlumatlara görə ölkənin dollarda ifadə olunan ixracı Noyabr ayında ötən ilin eyni dövrü ilə mqayisədə 21,1% artım qeyd edib. Çinin ixracı 2018-ci ilin Fevral ayından bu yana ən yüksək nisbətdə artıb. Marja xəbər verir ki, iqtisadçıların proqnozu Noyabr ayında ixracın 12% artacağı istiqamətində idi.
İdxal isə proqnozdan az artıb. Çinin Noyabr ayında dollarda ifadə olunan idxalı 4,5% artıb. İqtisadçıların proqnozu 7%-lik artım reallaşacağı istiqamətində idi.
Ölkənin Noyabrda xarici ticarət profisiti 75,4 milyard dollar olub. Bu rəqəm 1990-cı ildən bu yana aparılan statistikada ən yüksək xarici ticarət profisiti olaraq qeydə alınıb. İqtisadçıların proqnozu isə 53,8 milyard dollar səviyyəsində idi.
Qeyd edək ki, ixracın idxalı üstələməsi vəziyyətində xarici ticarət profisiti, idxalın ixracı üstələməsi vəziyyətində isə xarici ticarət kəsiri yaranır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 23 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























