Bakının bu ərazisində evlər kütləvi satışa çıxarılır
Yeni Yasamalda evlər kütləvi satışa çıxarılır. Bunu açıqlamasında əmlak elanları saytının rəhbəri, ekspert Vaqif Hüseynov deyib.
Söhbət, dairəvi yolun kənarında “Bazarstore” və “Qismət Şadlıq Sarayı”na qədər ərazidə yerləşən mənzillərdən gedir. Onun sözlərinə görə, son 2-3 ay ərzində bu ərazidə satışa çıxarılan evlərlə bağlı elanlar sürətlə artır: “Hər gün Bakının həmin ərazisindən minimum 2-3 fərqli ev elanı yerləşdirilir. Bu isə əmlak üçün kifayət qədər böyük rəqəm hesab edilir. Satışa çıxarılan mənzillər isə əsasən 2-3 otaqlıdır”.
Evlərini dollar almaq üçün satırlar
Ekspert bildirir ki, hazırda Yeni Yasamalda MTK-lara müraciət etdikdə satışda mənzil olmadığını bildirirlər. Satılan mənzillərdə isə demək olar ki, yaşayış yoxdur. Görünən odur ki, bu ərazilərdə mənzil qiymətləri kifayət qədər aşağı olduğu üçün əvvəlcə əlavə mənzil kimi alınıb. İndi isə dollar manat qarşısında demək olar ki, ən aşağı həddə düşüb. Belə olan halda mənzili satıb vəsaiti dollara yatırmaqla bir neçə aydan sonra daha çox qazanc əldə etmək olar:“1.68 manat kursu hazırda dollar almaq üçün ən əlverişli kursdur. Dolların yenidən bahalaşmaq ehtimalı daha yüksəkdir. Ev sahibləri bunu nəzərə əlavə yatırım kimi aldıqları evləri sataraq dollara çevirməyi məqsədəuyğun hesab edirlər”.
25 İLLİK DÖVLƏT İPOTEKASI İLƏ MƏNZİLLƏR
Ev satan çox olsa da alıcı yoxdur
V.Hüseynovun sözlərinə görə, ev elanlarının indi kütləvi artmasının digər səbəbi Bakıda bəzi ərazilərdə evlərin plana düşməsi, söküntü işlərinə başlanmasıdır. Vətəndaşlar hesab edirlər ki, belə vəziyyətdə bazarda mənzillərə tələbat artacaq və evləri daha asan satmaq olacaq. Bu isə yanlış düşüncədir. Belə ki, hazırda mənzil bazarında durğunluq davam edir, yəni mənzil bazarında da alıcı qıtlığı hökm sürür.
Hazırda Bakıda mənzillərin qiymətinə gəlincə isə ekspert bildirib ki, daşınmaz əmlak bazarında hələlik qiymətlərdə ciddi dəyişiklik hiss edilmir.
© fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















