Azərbaycanda fəaliyyət göstərən şirkət ABŞ bazarına daxil olur
Qazandığı zəngin təcrübəsini bölüşmək və amerikalı müştərilərə geniş spektrli xidmətlər təklif etmək üçün “Nobel Oil Services” ABŞ bazarına daxil oldu.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, neft və qaz sənayesinə şaxələndirilmiş kompleks xidmətlər göstərən şirkətlər qrupu olaraq “Nobel Oil Services” yeni bazarların daha da inkişaf etdirilməsi, fəth edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində daima iş aparır. Ötən illər ərzində qrup “KCA Deutag” və “Wood Group” daxil olmaqla dünyanın bir neçə enerji xidməti nəhəngləri ilə Xəzəryanı bölgədə fəaliyyət göstərən bir neçə müştərək müəssisə vasitəsilə güclü tərəfdaşlıq formalaşdırıb.
İnkişaf strategiyasının bir hissəsi olaraq “Nobel Oil Services” bu yaxınlarda ABŞ-ın “GOES” şirkəti ilə əməkdaşlığa dair razılığa gəlib.
“Nobel Oil Services” azərbaycan təcrübəsini ABŞ-a ixrac edəcək ki, bu da qrupumuz üçün mühüm inkişaf mərhələsi və həqiqətən tarixi bir andır” – “Nobel Oil Services” və “NEQSOL Holding”in təsisçisi Nəsib Həsənov bildirib.
“GOES ilə əməkdaşlıq həyata keçirdiyimiz fəaliyyətləri şaxələndirmək və həm ABŞ bazarına, həm də ABŞ bazarının hüdudlarından kənara yüksək keyfiyyətli xidmətlər təqdim etmək üçün gələcəyə strateji baxışımızın bir hissəsidir” – “Nobel Oil Services” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli qeyd edib.
Məlumatda vurğulanıb ki, yeni tərəfdaşlıq artıq həm ABŞ-da quruda həm də Meksika körfəzində dəniz şəraitində fəaliyyət göstərən müştərilərə tullantıların təmizlənməsi xidmətlərini təklif edir. GOES/Nobel Oil “Exxon”, “Shell”, “Chevron” və “Occidental” daxil olmaqla lakin onlarla məhdudlaşmamaqla ABŞ-ın bütün iri şirkətləri ilə xidmətlərin göstərilməsi haqqında ana sazişlərdən faydalanmaq əzmindədir. Xüsusi olaraq xidmətlər bir pəncərə sistemi vasitəsilə avadanlıq, obyekt və qurğulara texniki xidmətləri, EPC və EPCM üzrə layihə idarəetmə xidmətləri və təchizat zənciri idarəetməsini əhatə edəcəkdir. Yeni tərəfdaşlıq neft-qaz sənayesində fəaliyyət göstərən daha çox müştəriyə xidmət göstərməklə Şimali və Cənubi Amerika boyunca ABŞ-da “Nobel Oil Services”in iştirakını genişləndirməyi hədəfləyir. Bundan əlavə, tərəfdaşlıq azərbaycanlı mütəxəssislərin xaricə ezam olunub çalışmalarına da imkan verəcəkdir.
“Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Qrup qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, satınalma (təchizat) və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir. “Nobel Oil Services” “NEQSOL Holding”in bir hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
3 d. əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
19 d. əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 31 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank rəqəmsal valyutanın tətbiqi üzrə yol xəritəsi hazırlayır
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir"
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX




















