Moody’s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi!
Moody’s beynəlxalq reytinq agentliyi dərc etdiyi son hesabatında “Bank of Baku”-nun reytinqini yüksəldib.
Bank of Bakudan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi Caa1-dən B3 səviyyəsinə artırılıb. Agentlik eyni zamanda, Bank of Baku-nun baza kredit qiymətləndirməsini Caa1-dən B3 səviyyəsinə, yerli və xarici valyutada uzunmüddətli kontragent risk reytinqini və uzunmüddətli kontragent risk qiymətləndirməsini B3-dən B2 səviyyəsinə qaldırıb.
Agentliyin qeydinə əsasən, Bank of Baku-nun öhdəlikləri əsasən müştəri depozitlərindən və Mərkəzi Bankın maliyyələşməsindən ibarət olan maliyyə və likvidlik göstəriciləri stabildir. Həmçinin, 30 sentyabr 2020-ci il tarixinə əsasən, bankın likvidlik göstəriciləri yüksək səviyyədə olub, ümumi aktivlərinin 30%-ni təşkil edib.
Bank of Baku-nun maliyyə vəziyyətinin sabitliyi və likvidlik göstəricilərinin stabilliyi də agentliyin hesabatında öz əksini tapıb.
"Moody’s” ekspertlərinin rəyinə görə, bankın reytinqlərində bu yüksəlişin səbəblərindən biri də Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası çərçivəsində kreditlərin restrukturizasiyası istiqamətində görülmüş işlərdir.
Qeyd edək ki, Bank of Baku 5-i regionda olmaqla, ümumilikdə 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















