3200-dən çox müraciət daxil olub, 471-i üzrə qərarlar qəbul edilib - 145 MİLYON MANATLIQ KREDİTLƏR
Biznesin dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platforması (www.e-edf.gov.az) sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib.
Bu İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, indiyədək Elektron Kredit Platforması üzərindən 907 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə 3200-dən çox müraciət daxil olub. Artıq 471 müraciət üzrə ümumi həcmi 145 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat verilir.
Kredit-zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir. Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi isə sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması və statusunun real vaxt rejimində izlənməsi, həmçinin 3 kredit təşkilatına eyni vaxtda müraciət imkanının yaradılması və s. kimi üstünlüklər yaradır. Beləliklə, sahibkarların kreditlərə çıxış imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















