Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar - SİYAHI
Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin 9 ayını 512,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 4 milyard 564,5 milyon manat məbləğində nizamnamə kapitalının 11,2%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 99,9%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "PAŞA Bank" ASC tutub. Bu bank ötən 9 ayda nizamnamə kapitalının 17,1%-i qədər mənfəət əldə edib. Bu arada, "PAŞA Bank" kapitalının məbləğinə görə, 26 bank arasında 4-cü yerdə qərarlaşıb.
Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 16,3%-lik göstərici ilə "Bank of Baku" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 22-cidir. Mənfəətlə işləyən qalan 20 bankdan 15-də sözügedən göstərici 1-11% arasında, 5 bankda isə 0-1% arasında dəyişir.
№
|
Bankın adı
| Bankın 9 aylıq mənfəətinin /zərərinin nizamnamə kapitalına nisbəti |
1 | Kapital Bank | 99,9% |
2 | PAŞA Bank | 17,1% |
3 | Bank of Baku | 16,3% |
4 | Azərbaycan Beynəlxalq Bankı | 10,9% |
5 | Unibank | 8,9% |
6 | Azərbaycan Sənaye Bankı | 8,6% |
7 | Naxçıvan Bank | 8,2% |
8 | Bank Respublika | 7,9% |
9 | Xalq Bank | 7,1% |
10 | Express Bank | 6,6% |
11 | Premium Bank | 4,9% |
12 | Zıraat Bank Azərbaycan | 3,9% |
13 | Rabitəbank | 3,8% |
14 | Yapı Kredi Bank Azərbaycan | 2,8% |
15 | AFB Bank | 2,5% |
16 | Turan Bank | 2,0% |
17 | İran Milli Bankı - Bakı | 1,2% |
18 | Access Bank | 1,2% |
19 | Bank VTB Azərbaycan | 0,8% |
20 | Bank BTB | 0,7% |
21 | Bank Avrasiya | 0,4% |
22 | Günay Bank | 0,4% |
23 | Azər-Türk Bank | 0,2% |
24 | Muğan Bank | -1,8% |
25 | Pakistan Milli Bankı - Bakı | -3,3% |
26 | Yelo Bank | -6,5% |
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb


























