“İlham Əliyev Makronun planlarını alt-üst etdi”
“Çox açıq və dəqiq danışacağam. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti Emmanuel Makronun bu prosesə təəssüf ki, hər hansı bir köməyi dəymədi”.
“Hürriyət” qəzetinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin Fransa parlamentinin qondarma “DQR”-in tanınmasına dair qəbul etdiyi qətnamə ilə bağlı sualına cavabında deyib.
“Diqqət yetirirəm, Makron siyasi həyatında hər yerdən nəsə əldə etməyə cəhd göstərir. Livanda hər tərəf yanıb dağılıb, Makron Livana təlimatlar verir. Yəni, həmişə vəziyyətdən faydalanmağa çalışır. Nə oldu? Xalq Livandan onu qovdu. Eyni şeyi Xəlifə Həftarın yanında yer almaqla Liviyada etdi. BMT Həftarı tanımır, amma sən onun yanındasan! Sən demokratiya tərəfdarısan, ya çevrilişləri dəstəkləyirsən? Sən Sərracın yanında olmalısan. Hər şey meydana çıxdı, açıqlandı, amma o, buna baxmayaraq, müxtəlif ölkələrlə əlaqə yaradaraq bizə böhtan atmağa cəhd göstərdi və heç nə əldə edə bilmədi. Bax Makronun xasiyyəti belədir. Dolayısı ilə Azərbaycanla da bağlı planları baş tutmadı. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyev davranışı ilə Makronun planlarını alt-üst etdi. Bunun zərəri kimə olacaq? Təbii ki, Fransaya olacaq. Niyə? Fransa bu günə qədər atdığı addımlarla bağlı, məsələn, müxtəlif anlaşmalar və s. xaricində bəlkə Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi naşılıqdır. Makron da naşı siyasətçidir”.
XXX
Azərbaycan Prezidenti İlham Əliyev öz davranışı ilə Fransa Prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Makron bəlkə də Azərbaycan-Fransa əlaqələrini bitirəcək. Bu, siyasi naşılıqdır”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.
“Əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”
“Üzərində çalışdığımız “altılıq platforması” hər kəsə qazanmaq imkanı yaradacaq bir təşəbbüsdür”.
Bunu da Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, əgər Ermənistan bu prosesə qatılıb müsbət addımlar atsa, Türkiyə-Ermənistan əlaqələrində yeni səhifə açıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)







