SOCAR-da boş dayanmış işçilər ilə 2 saatlıq görüş olub - MAAŞIN 50%-i ödəniləcək
Aşağı nəticə göstərən işçilərə orta aylıq əmək haqqının 50%-i, boşdayanmada olanlara isə qanunvericiliyin tələblərinə uyğun ödəniş ediləcək.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fonunda qlobal neft bazarında tələb-təklif balansının pozulmasının qarşısını almaq məqsədilə 2020-ci ilin aprelində OPEC+ çərçivəsində neft hasilatının azaldılması haqqında qəbul olunmuş qərar çərçivəsində Azərbaycan tərəfindən götürülmüş öhdəliklər SOCAR-da bir sıra islahatlar və optimallaşdırma tədbirlərinin həyata keçirilməsini zərurətə çevirir.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
"Məlum olduğu kimi, hasilatın azaldılması əsasən qazma işlərinin həcminə və qurudakı hasilata təsir etmiş və həmin sahələrdə müəyyən boşdayanmalara səbəb olub.
Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əmək haqqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır. Şirkətin boşdayanmaya məruz qalmış işçilərinə gələcəkdə dayanıqlı iş şəraiti yaradılması məqsədi ilə onların səriştə və bacarıqlarının yenidən qiymətləndirilməsi, daha potensiallı işçilərin seçilməsi və onların daha böyük hədəflər üçün hazırlanması, digər işçilərin qiymətləndirmənin nəticələrinə uyğun mövcud iş yerlərində yerləşdirilməsi, aşağı nəticə göstərən işçilərin isə şirkətin hesabına keçirilən təlimlərə cəlb olunmaları, peşəkarlıq bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, ixtisasartırma və yeni ixtisasa yiyələnmə istiqamətlərində müvafiq tədbirlər görülür", - məlumatda deyilir.
Şirkətdaxili optimallaşdırma tədbirlərinin, perspektivlərin müzakirə edilməsi, işçilər arasında maarifləndirmənin həyata keçirilməsi məqsədilə 2020-ci il dekabrın 11-də SOCAR-ın İnsan Resursları Departamenti, İqtisadiyyat və Uçot İdarəsi, Hüquq İdarəsi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Azneft” İstehsalat Birliyi rəhbərliyinin iştirakı ilə “Siyəzənneft” NQÇİ-nin kollektivi ilə onlayn görüş keçirilib.
İki saatdan çox davam edən görüş zamanı işçilərin fikirləri dinlənilmiş və hazırkı şəraitdə boşdayanmaların və sərbəstləşmənin labüd olduğu bildirilmiş, SOCAR-da bu problemin işçilərdə yeni səriştə və qabiliyyətlərin formalaşdırılması, onların hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli fəaliyyət sahələrinə yönləndirilməsi vasitəsilə həll edildiyinə dair izahat verilib.
Qeyd olunub ki, görülən tədbirər qüvvədə olan qanunvericiliyin, o cümlədən Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir və rəsmiləşdirilir. İşçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi şəffaf və ədalətli şəkildə həyata keçirilir, proqram iştirakçılarına şirkət daxilində mövcud olan və yaranacaq vakansiyaları tutmaq üçün bərabər imkanlar yaradılır. Qiymətləndirmə və testləşdirmədə daha aşağı nəticə göstərən işçilərin müəyyən bir qisminin xüsusi proqrama cəlb olunması nəzərdən keçirilir. Proqramda olan işçilərə bütün imtiyazlar saxlanılmaqla yanaşı orta aylıq əmək haqqının 50%-i, boşdayanmada olanlara isə qanunvericiliyin tələblərinə uyğun ödəniş edilməklə müvafiq təlimlərə cəlb edilmələri nəzərdə tutulub. Bütün sosial paketlərdən, həmçinin sığorta imkanlarından istifadə edə biləcək bu işçilər üçün SOCAR-ın digər sturukturlarında yeni yaranacaq vakansiyalar üzrə iş yerlərinın axtarılması və onların işlə təmin edilməsi də diqqət mərkəzində saxlanılacaq.
Görüşdə optimallaşdırma və qiymətləndirmə tədbirləri, boşdayanma halları ilə bağlı təklif olunan xüsusi proqramlar barədə “Siyəzənneft” NQÇİ işçilərinin fikir, təklif və iradları dinlənilmiş, rəhbər şəxslər onların suallarını cavablandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
