TuranBank YAŞAT Fonduna ianə köçürdü - MƏBLƏĞ
TuranBank YAŞAT Fonduna 100 min manat məbləğində vəsait köçürüb.(®️) Məlum olduğu kimi, sentyabr ayının 27-də düşmən qüvvələrinin hücum hazırlığının qarşısını almaq məqsədilə şanlı Azərbaycan Ordusu əks hücum əməliyyatına başlamış və işğal altında olan torpaqlarımız düşmən işğalından tamamilə azad edilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur əsgərlərimiz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında əsl qəhrəmanlıq nümayiş etdirmiş və düşmənə hərb meydanında sarsıdıcı zərbələr endirmişdir. Təəssüf ki, düşmənlə döyüşlərdə rəşadətli ordumuzun əsgər və zabitləri arasında şəhid və yaralanlar da olmuşdur.
Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında YAŞAT Fondu yaradılmışdır. Ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək maliyyə yardımlarının göstərilməsi, borc öhdəliklərinin qarşılanması, müalicə, təhsil və digər xərclərin qarşılanması kimi tədbirlərin həyata keçirilməsidir.
Bu nəcib təşəbbüsə qoşulan TuranBank ASC də vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna vəsait ayırmışdır. Bank bu məqsədlə fondun hesabına 100 000 (yüz min) manat məbləğində vəsait köçürmüşdür.
Biz əminik ki, işğaldan azad olunan torpaqlarımızda üç rəngli bayrağımız bundan sonra əbədi dalğalanacaq!
Qarabağ Azərbaycandır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















