Rabitəbankın mobil tətbiqində “YAŞAT” fonduna dəstək funksiyası aktiv oldu
(®️) Bildiyiniz kimi ölkə başçısının fərmanı ilə 8 dekabrda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT fondu təsis edildi. Qəhrəman şəhidlərimizin və qazilərimizin əmanəti olan ailələrə dəstəyi asanlaşdırmaq üçün Rabitəbank öz mobil əlavəsində onlayn ianə funskiyasını aktivləşdirib.
Evdən çıxmadan, məsafədən “YAŞAT” fonduna ianə etmək üçün Rabita Mobile əlavəsini yükləməklə tətbiqin “Ödənişlər” funksiyasından “YAŞAT fondu” seçiminə keçid etməlisiniz. Hüquqi şəxslər VÖEN nömrəsi, fiziki şəxslər isə şəxsiyyət vəsiqələrinin FİN kodu ilə onlayn ianələrini cəmi bir neçə dəqiqə ərzində rahat şəkildə yerinə yetirmək imkanına sahib olacaqlar. Köçürmə əməliyyatını ödəniş kartı və ya bank hesabı üzərindən həyata keçirmək mümkündür. Tətbiqi yükləmək üçün bu linkə keçid edə bilərsiniz: https://rbt.az/app
Bu vətəni yaşatmaq üçün qəhrəmanlar can verdi, indi növbə bizdədir!
Vətən müharibəsinin ilk günlərindən bütün hadisələri diqqət mərkəzində saxlayan Rabitəbank Ali Baş Komandanın ətrafında sıx birləşərək ordumuza dəstək məqsədli bir sıra təşəbbüslər keçirib. Bundan öncə bankın mobil əlavəsində “Silahlı Qüvvələrə Yardım Fonduna” onlayn dəstək funksiyası əlavə edildi, eyni zamanda həmin fonda bank tərəfindən 100.000 AZN vəsait köçürüldü. Həmçinin Bank tərəfindən ön cəbhədə vuruşan hərbi qulluqçularımıza individual maddi-texniki ehtiyaclarını qarşılamaq üçün əsgər payları təqdim olunub, Bankın baş ofisində rəhbər və əməkdaşlar qanvermə aksiyasında könüllü donor oldular.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















