Neft, virus mutasiyası təşvişi ilə ucuzlaşmaqda davam edir
Neft qiymətləri, Böyük Britaniyada koronavirusun mutasiyaya uğraması və buna dair təşviş ilə düşməkdə davam edir.
Marja xəbər verir ki, bir çox ölkə Böyük Britaniya ilə uçuşları təxirə salıb və ölkədə 16 milyon insan indi karantin tədbirləri daxilində evdə qalmaq məcburiyyətindədir.
Dolların da güclənməsi ilə bu valyutada ticarət olunan əmtələr ucuzlaşır.
Covid-19-dakı yeni mutasiya qlobal hərəkətliliyi azaldaraq qlobal neft tələbinin artmasını dayandıra bilər. Təklif tərəfində isə, Rusiya OPEC+ın Fevral ayındakı yığıncağında istehsalın artırılmasını dəstəkləmək niyyətində olduğunu bildirib.
Neft qiymətləri, peyvəndlər ilə bağlı irəliləyişlərin olması ilə əlaqədar olaraq Oktyabr ayının sonundan bu yana 30% ətrafında yüksəlmişdi. İndi virusun 70% daha çox yoluxan yeni növü və artan karantin tədbirləri narahatlıqları artırır.
Bakı vaxtı ilə saat 11:30-da, Qərbi Texas nefti (WTI) 2% ucuzlaşma ilə 47,05 dollardan, Brent neft isə, bazar ertəsi günü 2,6% dəyər itirdikdən sonra bu gün 1,7% ucuzlaşma ilə 50 dollardan ticarət olunub.
Mutasiya (dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm formasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























