407 günə 300 market açdı - Azərbaycanda
"Topdan qiymətinə pərakəndə satış" şüarı ilə fəaliyyət göstərən OBA marketlər şəbəkəsinin filiallarının sayı sürətlə artır.
“Marja” xəbər verir ki, OBA marketlər şəbəkəsinin sayca 300-cü filialı fəaliyyətə başlamışdır. 300-cü market Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Yeni Yaşayış massivi 2B ünvanında istifadəyə verilib.
“Əhatə dairəsimizi daim genişləndirmək əsas məqsədlərimizdən biridir və biz hal-hazırda təkcə Bakı və ətraf əraziləri, Xırdalan və Sumqayıt şəhərləri deyil, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Astara, Biləsuvar, Neftçala və Salyanda fəaliyyət göstəririk və yaxın zamanda Gəncə, Tovuz, Şəmkir və Ağstafada yeni filiallarımız fəaliyyətə başlayacaq”,- şəbəkənin məlumatında deyilir.
İlk OBA market 11.03.2016-cı il tarixində, 300-cü OBA marketi isə 407 gün sonra (22.04.2017) istifadəyə verilib. Qısası, hər 32,5 saatda bir "OBA" marketi açılıb.
“OBA” Marketlər şəbəkəsi Azərbaycanın iri istehsal və ticarət şirkəti “Veysəloğlu” Qrupuna bağlıdır. “Araz”, SPAR, "OBA" marketləri də bu qrupa bağlı olan ayrı-ayrı şirkətlər tərəfindən idarə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
12 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























