Azərbaycanda "qara bazar" Dolları bahalaşdırır
Marja.az portalı Azərbaycanda "qara valyuta bazarı" olduğunu dəfələrlə yazmasına baxmayaraq, təəssüf ki, Mərkəzi Bank və aidiyyatı orqanlar onların qarşısını tam ala bilməyib, "qara bazar" ilə mübarizə əvəzinə portalımız yalan məlumat yaymaqda ittiham olunub. Halbuki, elə Bakı şəhərində bir neçə ünvanda qanunsuz valyutadəyişmə məntəqələri açıq-aşkar fəaliyyət göstərirlər.
Bu valyutadəyişmə məntəqələri və onları idarə edən mafiya ölkədə Dolları bahalaşdırmaqla məşğuldurlar.
Bu gün Marja.az-ın qanunsuz xarici valyuta alqısı-satqısı məntəqələrindən aldığı məlumata görə, Dolların satış qiyməti 1.71 manatı da keçərək 1.7120 manata yüksəlib. Bu qiymət dünən daha yüksək 1.7150 manat olub. Dolların alış və satışı ilə məşğul olanlar qiymətlərin daha da yüksələcəyini bildirirlər.
Qeyd edək ki, indiyədək "qara bazar"da dollar 1.7070-1.7080 manat qiymətlərə satılırdı.
Bu gün "Qara bazar"da dollar alanların çoxlu sayda olduğu müşahidə olunur.
Mərkəzi Bank vətəndaşların banklardan xarici valyuta almasına məhdudiyyət tətbiq edib. Buna baxmayaraq "qara bazar"da dollar tapılır. Qeyri-rəsmi məlumata görə, Dollar "qara bazara" bir neçə bank əməkdaşları tərəfindən ötürülür. Əgər ölkədə kifayət qədər Dollar vəsaiti varsa nə üçün banklarda bu valyutanın satışına məhdudiyyət qoyulub? Bu məhdudiyyət "qara bazar"da fəaliyyət göstərən şəxslərin qazanmasına, əhalinin isə baha dollar alaraq itirməsinə səbəb olur.
Marja.az portalı olaraq bir daha Mərkəzi Bankın nəzərinə çatdırırıq ki, "qara bazar" gündən-günə genişlənir. Hələlik təhlükəsizlik və bu yerləri "reklam" etməmək məqsədlərilə "qara bazar"ın ünvanlarını yazmırıq. Lakin tezliklə onların qarşısını almasa ünvanları da dərc edəcəyik.
Əhalinin əvvəlki illər ilə müqayisədə çətin vəziyyətdə olduğu bir dövrdə Dolların bahalaşdırılması, əhali arasında təşviş yaradılması qəbuledilməzdir.
Dolların son günlər bahalaşması Maliyyə Nazirliyinin büdcə ilə əlaqədar izahatında "devalvasiya ehtimalı olduğunu" qeyd etməsi və bundan sonra bu barədə söz-söhbətlərin artmasıdır. Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovun "Bu gün Azərbaycanda devalvasiya üçün əsas yoxdur" açıqlaması da təşvişi azaltmayıb.
Qeyd edək ki, Mərkəzi Bankda keçirilən son valyuta hərraclarında dollara tələb artaraq 60 milyon dollar səviyyələrindən 80 milyon dollar səviyyələrinə yüksəlib. Yoxsa bu tələbin artması "qara bazar"ın fəaliyyəti ilə əlaqədardır?!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























