Mərkəzi Bank əlavə dəstəkləyici tədbirlər paketinin vaxtını uzatdı
Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının uzadılması barədə qərar qəbul etmişdir
Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur.
Mərkəzi Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, xari ilin sentyabr ayında Mərkəzi Bankın yayımladığı açıqlamada məlumat verildiyi kimi, Tədbirlər paketi ilə müəyyən edilmiş ilkin müddət keçdikdən sonra, pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müvafiq qərar və tövsiyələrin böyük əksəriyyətinin tətbiqi müddəti Mərkəzi Bankının İdarə Heyətinin 30.09.2020-ci il tarixli, 45 saylı qərarı ilə 01 yanvar 2021-ci il tarixinədək uzadılmışdır. Bununla, fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 01 yanvar 2021-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına 01 yanvar 2021-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir.
Pandemiyanın yenidən genişlənməsi ilə əlaqədar karantin tədbirlərinin və bəzi iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlərin yenidən tətbiq edilməsi fonunda müşahidə edilən biznes və ev təsərrüfatlarının iqtisadi aktivliyinin və gəlirlərinin aşağı düşmәsi təbii ki, maliyyə sektoruna təsirsiz qalmır.
Qeyd olunanları, habelə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla, Mərkəzi Bankın requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 01 aprel 2021-ci il tarixinədək uzadılması məqsədəuyğun hesab edilmişdir.
Belə ki, dövlətin dəstək mexanizmləri ilə əhatə olunan və restrukturizasiya olunmuş kreditlərlə, habelə kapital adekvatlığı əmsalının minimum həddi, əməliyyat və bazar risklərinin kapitalda nəzərə alınması və kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin tətbiqi müddətinin 01 aprel 2021-ci il tarixinədək uzadılması, eyni zamanda, cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunmasına dair kredit təşkilatlarına verilmiş tövsiyələrin həmin tarixədək qüvvədə saxlanılması nəzərdə tutulur.
Pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50% aşağı salınması qərarı 01 aprel 2021-ci il tarixinədək uzadılmışdır.
Həmçinin, qiymətli kağızlar bazarı iştirakçılarına verilmiş requlyativ güzəştlərin müddətləri, eyni zamanda, qiymətli kağızlar bazarında bağlanan əqdlər üzrə tariflərin, habelə Bakı Fond Birjasında listinqə daxil olması tariflərinin tətbiqinin 01 aprel 2021-ci ilədək təxirə salınması qərara alınmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
-
-
9 d. əvvəl
Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı
-
16 d. əvvəl
“Azərsun Holdinq” COP29-un nəticələrini rəhbər tutaraq innovativ yanaşmalar tətbiq edir
- 22 d. əvvəl
-
28 d. əvvəl
"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir
-
1 saat əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
1 saat əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!

Zəng çalındı, Avropa bankının manat istiqrazlarının ticarəti başladı

"Azərsun" şəkər sahəsinə daha çox subsidiya ayrılmasını təklif edir

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb
Ən çox oxunanlar

100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub
