Bitkilərin sığortası üçün müraciətlərin - TARİXLƏRİ AÇIQLANDI
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortası başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür.
Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb.
Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər.
Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib.
Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar.
Kənd təsərrüfatı bitkilərinin sığorta tariflərinə buradan baxmaq olar.
Məhsullar | Müraciət üçün son tarix |
Şəkər çuğunduru | 05.03.2021 |
Üzüm | 15.03.2021 |
Çay | 30.03.2021 |
Limon | 10.04.2021 |
Narıngi | 10.04.2021 |
Portağal | 10.04.2021 |
Yazlıq taxıl | 15.04.2021 |
Pambıq | 20.04.2021 |
Tütün | 30.04.2021 |
Çəltik | 05.05.2021 |
Fındıq | 10.05.2021 |
Qarğıdalı | 07.06.2021 |
Payızlıq taxıl | 01.11.2021 |
Kartof | İl boyu |
K/t heyvanları | İl boyu |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








