Dünyanın ən böyük gizli alış-veriş portalı bağlandı
Ötən gün Almaniya polisi dünyanın ən böyük gizli alış-veriş portalı olduğu güman edilən “DarkMarket”i bağlayaraq serverdən ayırıblar.
AFP xəbər verir ki, həm də narkotik vasitələrinin, qəlp pulların, oğurluq və saxta bank kartlarının, anonim telefon kartlarının, virus proqramlarının da satıldığı bu portalda kriptovalyuta ilə ödəniş edildiyi bütövlükdə 140 milyon avro məbləğində azı 320 min alış-veriş əməliyyatı keçirilib. Bütövlükdə həmin portalda 500 minədək istifadəçi və 2 400-dən artıq satıcı fəaliyyət göstərib.
Həmçinin istirahət günləri polis Danimarka sərhədi yaxınlığında qanunsuz alış-veriş portalının operatoru olduğu güman edilən 34 yaşlı Avstraliya vətəndaşını saxlayıb.
“DarkMarket”ə qarşı bir neçə ay davam edən əməliyyatda “Europol”un əlaqələndiriciliyi ilə Avstraliya, Böyük Britaniya, Danimarka, İsveçrə, Ukrayna, Moldova polisinin iştirak etdiyi bildirilir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
40 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















