Çinin ixracında "partlayış" - ticarət profisiti rekord qırdı
Çin 2020-ci dekabr ayında ixracını keçən ilin eyni dövrü ilə müqayisədə 18,1% artıraraq rekord ticarət profisiti açıqlayıb.Çində yaşanan ixrac "partlayışı" dekabr ayında da davam edərək ticarət profisiti həmin ay rekord yüksək səviyyədə reallaşıb.
Marja xəbər verir ki, Kovid-19 pandemiyası dünya səviyyəsində yüksəlməyə davam edərkən, evdən işi təmin edəcək texnologiyalara, tibbi əşya və avadanlıqlara olan qlobal tələb ilə ticarət də artıb. Güclü tələbdən ötəri limanlarda tıxac yaranıb, istehsalçılar da konteyner çatışmazlığından və artan xərclərdən şikayətlənirlər.
Keçən il Çinin pandemiyanı erkən nəzarət altına alması ilə bu ölkənin zavod və fabrikləri rəqibləri karantin tədbirlərilə boğuşarkən qlobal tələbi ödəməyə yönəliblər. İxracda yaşanan bu yüksəlişin peyvəndin istifadəyə təqdim edilməsindən və ABŞ ilə Avropadakı istehsalın toparlanmasından sonra da davam etməsi gözlənilir.
Çinin dollarda ifadə olunan ixracı 2020-ci ilin dekabr ayında 2019-cu ilin eyni ayı ilə müqayisədə 18,1%, idxalı isə 6,5% artıb. Çinin xarici ticarətində dekabr ayında 78,2 milyard dollar ticarət profisiti yaranıb (İxracı idxalını 78,2 milyard dollar üstələyib). İqtisadçıların proqnozu 72 milyard dollar ətrafında idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)






