Dünya Bankı TANAP-ın tikintisinə 800 milyon dollar kredit ayırıb

Dünya Bankı Qrupunun İdarə Heyəti, Trans Anadolu Qaz Boru Kəməri Layihəsi üçün (TANAP) Türkiyənin "Boru Hatları Petrol Taşıma AŞ (BOTAŞ)" şirkətinə 400 milyon dollar, Azərbaycanın "Cənub Qaz Dəhlizi" (SGC) şirkətinə də 400 milyon dollar olmaqla bütövlükdə 800 milyon dollar məbləğində kredit təsdiq edib.
Dünya Bankından "Marja"ya verilən məlumata görə, bank rəhbərliyinin dünənki toplantısında TANAP-a təmin olunacaq kredit və şərtlər müzakirə olunub.
İclas nəticəsində, Dünya Bankı Qrupuna bağlı olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) vasitəsilə BOTAŞ-a TANAP üçün 400 milyon dollarlıq kredit verilməsinə qərar verilib. Türkiyə dövlətinin təminatı ilə BOTAŞ-a veriləcək kredit, 5 il geri ödənişsiz 24 il müddətli olacaq.
Azərbaycan hökumətinin təminatı ilə layihə üçün SGC-yə 400 milyon dollar məbləğində kredit də təsdiq olunub. Bu miqdar SGC tərəfindən 5 il geri ödənişsiz olmaqla 30 il müddət ilə ödənəcək.
Beləliklə Dünya Bankı, TANAP üçün bütövlükdə 800 milyon dollar məbləğində maliyyələşdirmə təmin edəcək.
TANAP Baş Direktoru Saltuk Düzyol ötən həftə jurnalistlərə verdiyi açıqlamada, layihənin xərcinin 8,5 milyard dollar səviyyəsində olacağını bildirmişdi.
850 kilometr uzunluğa malik TANAP-dan ilk qaz Türkiyəyə 2018-ci ilin İyununda veriləcək. Layihə, 2020-ci ildə də Avropaya qaz təmin etməyi hədəfləyir.
Layihəyə eyni zamanda,"Garanti Yatırım Ajansı", Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından da maliyyələşdirmə təmin olunacaq. TANAP üçün veriləcək ümumi dəstəyin 4 milyard dollara çatması gözlənilir.
TANAP-da Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın 58 faiz, BOTAŞ-ın 30 faiz və BP-nin də 12 faiz payı var.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya pomidor ixracı son iki ayda minimum səviyyəyə düşüb
-
1 saat əvvəl
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
-
1 saat əvvəl
AZAL təyyarəsinin sərnişinləri Pulkovoda məcburi enişdən sonra Bakıya yollanıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
Ən çox oxunanlar

Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycanda 5 bankın aktivləri 2 milyard manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
